24-06-2024, 19:12 467

Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun ilk günü yekunlaşıb - YENİLƏNİB-3

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun ilk günü yekunlaşıb.

"Report"un Zəngilan və Qubadlıya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirin birinci günündə 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlərin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

Rəsmilər və QHT nümayəndələrinin çıxışlarından sonra "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusunda panel müzakirə təşkil edilib.

Daha sonra isə iştirakçılar Qubadlı rayonuna səfər ediblər, burada yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindəki 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə tədbirə qatılıblar.

Günün yekununda hərbi orkestrin müşayiəti ilə konsert proqramı təşkil edilib.
Tədbir iyunun 25-də növbəti panel müzakirələrlə davam edəcək.

17:03

Bu gün Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işə başlayıb.

"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib. Zəngilanda quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olunub.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb, toplantıda 200-ə yaxın ictimai birliyin iştirak etdiyini qeyd edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, ilk dəfə azad edilmiş ərazilərdə QHT-lərin forumunun Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bidirib ki, son dövrlər QHT-lər sahəsində ciddi dönüş, kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib: "Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir. QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu gün cəmiyyət və dövlət həyatında elə bir prioritet sahə yoxdur ki, orada QHT-lər fəal olmasınlar”.

T.Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı dünyaya ünvanlanmış mesajları böyük əks-səda yaradıb, bu gün Afrika və digər regionlarda Fransa zülmünə qarşı etiraz aksiyalarında Azərbaycan bayraqlarının qaldırılması bu xüsusda ölkəmizə olan rəğbət və hörməti aydın ifadə edir. Azərbaycan QHT-ləri də bu prosesdə fəal iştirak etməyə çalışır. Cəmi bir neçə ay öncə yaranmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyi müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı elan etdiyi qlobal mübarizə ilə dünyada nüfuzlu QHT-yə çevrilib.

Sektor müdiri onu da qeyd edib ki, “Azərbaycan COP29 ölkəsi kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparır. Həm bu proses, həm də Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın “vaksin millətçiliyi”nə qarşı BMT səviyyəsində mübarizəsi İEOÖ-də Azərbaycana böyük maraq, məhəbbət yaradıb. Azərbaycan QHT-ləri bu prosesdə də yüksək təşəbbüskarlıq göstərir. Bu yaxınlarda Azərbaycan Milli QHT Forumu 14 ölkədən olan QHT-lərlə COP29-la əlaqədar birgə bəyanat yayıb. Müşahidələrimiz göstərir ki, son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə, 71 ölkədən 367 QHT və ictimai fəal müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə edib. Bu, həm də Azərbaycan QHT-lərinin dünyaya açılmasının nəticəsidir. Bu 71 ölkədən 62-sinin İEOÖ-lər olması da diqqət çəkir”.

Prezident Administrasiyasının nümayəndəsi onu da deyib ki, maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir: “Fürsətdən istifadə edərək, xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq. Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Sirr deyil ki, qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik.

QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla,"qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir, bu cəhdləri edənlər bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə qarşılaşacaqlar.

T.Əliyev onu da qeyd edib ki, oxşar ad və üsullarla bir çox ölkələrdə, o cümlədən regionumuzda sabitliyin necə pozulduğu, “xarici dirijor çubuqları” ilə hansı təlatümlərin yaşandığı göz önündədir. Bir sıra xarici dairələr hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışırlar. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, tarixi zəfərin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır”.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli QHT-lərin imkanlarından səmərəli istifadə olunması üçün ətraflı təhlil işləri aparıldığını bildirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov QHT sektorunda uğurla transformasiya prosesinin getdiyini bildiriblər.

Forum iyunun 25-də davam edəcək.

13:27

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində panel müzakirələr başlayıb.

"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Zəngilan şəhərində keçirilən ilk panel müzakirəsi "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusuna həsr olunub.

"Bakı Resurs Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyninin moderatorluğu ilə baş tutan müzakirələrdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu, "Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin sədri Abbas Abbasov, "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova iştirak edirlər.

12:05

Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başlayıb.

"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.

Tədbirdə "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları", "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında panel müzakirələr keçiriləcək.

Forum iki gün davam edəcək.

Paylaş

Xəbər lenti

Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR