27-06-2024, 15:53 539

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

"Report" xəbər verir ki, İnger Anderson COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ölkə qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. O vurğulayıb ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkənin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq “Troyka” mexanizminin yaradılmasını çox vacib bir addım kimi dəyərləndirib və bu müdrik qərara görə təbriklərini çatdırıb.

İnger Anderson əlavə edib ki, dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. O deyib ki, buna görə də neft və qaz ixrac edən ölkələrin tənqid olunması cəhdləri ədalətli deyil və şəxsən bunu ədalətli hesab etmir. Qonaq vurğulayıb ki, dünyada hər bir insanın bu cür enerji formasına ehtiyacı var.

Azərbaycanın yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayan İnger Anderson metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğunu qeyd edib.

Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirləri çox təqdir edərək buna görə təbriklərini çatdıran qonaq xüsusilə rəqəmsal əsaslı və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndirib.

İnger Anderson ölkəyə səfəri çərçivəsində ətraf mühit sahəsində fəaliyyət göstərən gənclər təşkilatı - IDEA-nın ətraf mühit könüllüləri və gəncləri ilə görüşdüyünü, Şirvan milli qoruğunda olduğunu məmnunluqla qeyd edib.

Rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini bildirən qonaq 2026-cı il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibətilə UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Gününün keçiriləcəyini və bunun da qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biri olduğunu deyib.

Xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan, İnger Andersonun regionlara səfər edərək oradakı ekomühitlə tanış olmasından və gənclərlə görüşündən məmnunluğunu bildirib.

Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerjiyə keçid sahəsində planlarına toxunan dövlət başçısı deyib ki, bu, siyasi iradənin olduğunu göstərir.

Prezident İlham Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstəkləməsini ölkəyə olan etimadın göstəricisi kimi dəyərləndirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəsi Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.

Dövlət başçısı qeyd edib ki, ölkəsi kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərdən biri kimi müəyyən edib və “Troyka” çərçivəsində digər həmkarlarla bu məsələ ilə bağlı da yaxından işləyir.

Azərbaycanın özünün də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdisə, son dövrlərdə yağıntının miqdarının artdığı müşahidə olunmaqdadır.

Söhbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

11:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR