1-07-2024, 14:45 552

ADSEA selin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işləri açıqlayıb

Azərbaycanda intensiv yağışlar səbəbindən artan sel suları, küçələri, həyətyanı sahələri, ictimai iaşə obyektlərini daş, çınqıl və lil ilə örtərək, küçələri keçilməz edib, təsərrüfatlara ziyan dəyib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilir ki, iyun ayının 26-sı və 27-də Astara rayonunun Siyəkü kənd inzibati ərazi dairəsində kənd məktəbinin qarşısında avtomobil yolunun sel sularına məruz qalması nəticəsində yolun hərəkət hissəsində çətinliklər yaranıb. Yaranan çətinliklərin aradan qaldırılması üçün Agentliyin yerli istismar idarəsi tərəfindən maşın-mexanizmlərlə yolun hərəkət hissəsi bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda həmin ərazidə sel sularına məruz qalan 1 ədəd piyada körpüsü də bərpa olunaraq istifadəyə verilib. Hazırda Pensər çayında məcra təmizləmə işləri davam etdirilir.

Kürdəmir rayonunun ərazisində Girdimançay çayında su sərfinin artması nəticəsində rayonun Pirili-Ərşəli kəndləri ərazisindən keçən hissədə fəsadlar yaranıb. Selin qarşısının alınması məqsədilə Agentliyinin yerli istismar idarəsi tərəfindən əraziyə texnikalar cəlb olunaraq axan sel sularının istiqaməti dəyişdirilərək suyun kollektora axıdılması təmin olunub və suyun kənd ərazisinə daxil olmasının qarşısı alınıb.

Kür-Araz çaylarında yerli istismar idarəsi tərəfindən maşın və mexanizmlər cəlb olunaraq, çayların bəndlərinin bərpası mütəmadi olaraq aparılır. Eyni zamanda Sığırlı və Karrar kəndləri ərazisində yağış suları nəticəsində su basan həyətyanı sahələrdə fəsadların aradan qaldırılması üçün işlər davam etdirilir.

May-iyun aylarında İsmayıllı rayonuna yağan güclü yağış və dağ-dərələrdən gələn sel suları bir sıra fəsadlar yaradıb. Rayon ərazisindən keçən Cülyançay, Girdimançay, Talıstançay, Göyçay, Sirsaqçay, Ax-Ox çay çaylarından güclü sel keçib. Sel suları torpaq mühafizə bəndlərini yuyaraq yararsız hala salıb. Lahıc qəsəbəsində, Qurbanəfəndi və Topçu kəndlərində, dağlardan gələn güclü sel suları həyətyanı sahələrə, evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Talıstançay və Cülyançay çaylarının yatağı iri daşlar va ağac kötükləri tamamilə dolub, yolları dağıdıb, əhalinin gediş-gəlişinə çətinliklər yaradıb. Agentliyinin yerli istismar idarəsi tərəfindən əkin və həyətyanı sahələrdə sel suları nəticəsində baş verən fəsadlar aradan qaldırılıb. Eyni zamanda Göyçay, Türyançay, Talıstançay və Ax-ox çaylarında sel suları nəticəsində dağılan torpaq bəndlərin bərpası istiqamətində işlər davam etdirilir.

Qax rayonunun İbaxlı kəndinin sel sularından mühafizəsi üçün tədbirlər görülüb. Bundan basqa Əlibəyli və Ləkit kəndlərinin mühafizəsi üçün də əraziyə texnika cəlb olunaraq çaylarda sel sularından mühafizə tədbirləri həyata keçirilib.

Zaqatala rayonunun Muxaxçay, Talaçay, Qaraçay və Silbançay çaylarında sel sularından mühafizə olunmaq üçün texnikalarla çaylarda məcra təmizləmə işləri həyata keçirilib.

Hacıqabul rayonu ərazisində Pirsaatçay çayından suyun sərfi artması nəticəsində Rəncbər və Qubalıbaloğlan kəndlərinə gedən avtomobil yolu subasmaya məruz qalıb. Əraziyə texnikalar cəlb olunaraq fəsadlar aradan qaldırılır. Ələt qəsəbəsində yeni tikiləcək aeroportun ərazisinə suyun daxil olmasının qarşısının alınması üçün Pirsaatçaydan gələn suyun kollektora ötürülməsi təmin olunub.

Kür çayının bəndlərində və ona sol tərəfdən qoşulan Türyançay, Göyçay, Qaraçay və Girdmançay çaylarında Agentliyinin yerli istismar idarəsi tərəfindən bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Paylaş

Xəbər lenti

46 ildir işləyən aktrisa 44 000 lirə pensiyaya etiraz etdi Bu gün, 18:48 Bakının hansı küçələrində tıxac var? Bu gün, 18:48 "Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub Bu gün, 18:48 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Bu gün, 18:48 Toğrul Xəlilova yüksək vəzifə verildi Bu gün, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Bu gün, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Bu gün, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Bu gün, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Bu gün, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Bu gün, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Bu gün, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Bu gün, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Bu gün, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Bu gün, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq Bu gün, 16:48 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar Bu gün, 16:48 Masallının böyük bir hissəsi qazsız qalacaq Bu gün, 15:48 Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar Bu gün, 15:48 Prezidentin köməkçisindən Heydər Əliyevin Nəsimi irsi ilə bağlı çıxışını əks etdirən paylaşım Bu gün, 15:48 Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb Bu gün, 15:48 Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb Bu gün, 15:48 Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY Bu gün, 15:48 Bu serial "Uzak Şehir"i taxtından etdi Bu gün, 15:48 Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var" Bu gün, 15:48 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib? Bu gün, 15:48 Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb Bu gün, 15:48 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48 "Qurumlar bu problemi bir-birinin üzərinə atır" Bu gün, 14:48 Meyxanaçı Elnur Valehin qızı: "Atamı yıxdınız, məni də yıxmağınıza icazə verməyəcəm" Bu gün, 14:48 Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir" Bu gün, 14:48 Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB Bu gün, 14:48 Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48 AMB "Rabitəbank"a icrası məcburi sərəncam verdi Bu gün, 13:48 500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi Bu gün, 13:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub Bu gün, 13:48 Baş Prokurorluq tibb təhsili olmadan fəaliyyət göstərən şəxslə bağlı inzibati tədbirlər görüb Bu gün, 13:48 Məşhur aktyor həyəcandan mükafatı yerə saldı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR