14-09-2022, 00:00 590

Mövlam Şixəliyevin vəkili məhkəmədən generala bəraət verilməsini xahiş edib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş iş adamı Elşən Mədətov çıxış edib.

O, MTN-də başına gələnləri belə danışıb: “Mövlam Şıxəliyev Vüsal Ələkbərov vasitəsi ilə məndən 300 min dollar istədi və sonda 200 min dollar aldı. Sonradan bilmişdilər ki, mən zavod sahibiyəm, yenidən çağırdılar. Məndən əlavə 100 min dolar da tələb etdi, 50 min dollar aldılar”.

Digər zərərçəkmiş Namil Rzayev deyib ki, ondan pulu şəxsən Mövlam Şıxəliyev alıb: “Mövlam Şıxəliyev şəxsən məni həbslə təhdid edib, pul istəyib. Mən də məcbur olub şəhərin mərkəzindəki evimi satdım və Mövlam Şıxəliyev tələb etdiyi pulu apararaq ona verdim”.

Bundan sonra çıxış üçün söz Mövlam Şıxəliyevin vəkillərindən biri olan Arzu Cavadova verilib. Vəkil məhkəmədən Mövlam Şıxəliyevə bəraət verilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmişlərin çıxışından sonra dövlət ittihamçısı təqsirləndirilən Vüsal Ələkbərovla bağlı hissədə əvvəlki çıxışına düzəliş etmək istədiyini açıqlayıb. O, Vüsal Ələkbərova əvvəl tələb etdiyi cəzadan imtina etdiyini, 12 il cəza tələbini 15 illik cəza tələbi ilə əvəzlənməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı çıxışının davamında Vüsal Ələkbərova tələb etdiyi 15 illik cəzadan onun barəsindəki əvvəlki hökm üzrə çəkdiyi 5 illik şərti cəzanın nəzərə alınmasını istəyib. Yekun cəza təyinini məhkəmənin səlahiyyətinə buraxıb.

Təqsirləndirilənlər Sahib Ələkbərovun vəkili Ələkbər Quliyev və Yasin Məmmədovun vəkili müvəkkillərinin günahsız olduğunu deyib.

Bundan sonra hakim digər təqsirləndirilən şəxslərə çıxış üçün söz verib. Lakin onlar çıxışa hazır olmadıqlarını bildiriblər və çıxışa hazırlaşmaq üçün 10 gün vaxt istəyiblər.

Hakim təqsirləndirilənlərə çıxışa hazırlaşmaq üçün 2 gün vaxt verib.

Növbəti proses sentyabrın 15-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Paylaş

Xəbər lenti

Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib Bu gün, 14:48 Prezident bir qrup sahibkarı təltif edib Bu gün, 14:48 Ziya Bünyadov prospektindəki tuneldə ZƏNCİRVARİ QƏZA Bu gün, 14:48 İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib Bu gün, 14:48 Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib Bu gün, 14:48 İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib Bu gün, 14:48 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ Bu gün, 14:48 Dilarə Əliyevanın qızı Banu bu festivalın aparıcısı olacaq Bu gün, 14:48 Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib Bu gün, 14:48 Növbəti köç karvanı Xocavəndə çatıb Bu gün, 14:48 Karel Havliçek Azərbaycana təkrar səfər edəcək Bu gün, 13:48 DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun Bu gün, 13:48 AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi Bu gün, 13:48 Afra Saraçoğlu bu iş adamı ilə eşq yaşayır Bu gün, 13:48 100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı Bu gün, 13:48 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb Bu gün, 13:48 ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə heç vaxt danışmadığını bildirdi Bu gün, 13:48 Azərbaycanlı məşhurlar efirdə yalan danışdıqlarını etiraf etdilər Bu gün, 13:48 Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb Bu gün, 12:48 Prezident sel və daşqınlarla mübarizə üçün 85 milyon manat ayırdı Bu gün, 12:48 Şagirdlərin 1-ci sinifə elektron qəbulu mayın 1-də başlayır Bu gün, 12:48 Türkiyə gözəli təndirxanada çörəkçi işləyir Bu gün, 12:48 40 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 12:48 Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək Bu gün, 12:48 Bakının 4 rayonunda sel və daşqın risklərinə qarşı istinad divarları tikiləcək Bu gün, 12:48 "İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI Bu gün, 12:48 Şabran, Ağsu, Quba, Xaçmaz və Astarada çaylar üzərində mühafizə bəndləri tikiləcək Bu gün, 12:48 Sel və yağışlardan zərər görən elektrik şəbəkələri bərpa ediləcək – 15 milyon manatdan çox vəsait ayrılıb Bu gün, 12:48 Sel və yağışlardan zərər görən Keşlə sakinlərinə maddi yardım və kirayə ödənişi veriləcək Bu gün, 12:48 Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq Bu gün, 12:48 Quba, Qusar, Xaçmaz və Şabranda sel nəticəsində zədələnən yollar bərpa ediləcək Bu gün, 12:48 Qotur göllə bağlı zəruri tədbirlər görüləcək Bu gün, 12:48 Sabah hava yağıntılı olacaq - PROQNOZ Bu gün, 12:48 Emin Ağalarov Bakıda aldığı ilk maşınından danışdı Bu gün, 11:48 Rövşən Nəcəf: "IE Mərkəzi kimi layihələrin nəticəsini gələcək onilliklərdə görəcəyik" Bu gün, 11:48 Yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb Bu gün, 11:48 Novxanı-Pirşağı yolunda "Shacman" aşdı Bu gün, 11:48 İran satılmayan nefti köhnə tankerlərdə saxlayır Bu gün, 11:48 Onkoloq Anar Məmmədov : "Abortla xərçəngin əlaqəsi var" Bu gün, 11:48 Gecə radələrinə yeni tikilidə YANĞIN Bu gün, 11:48 1 yaşlı körpə pnevmaniyadan ölüb Bu gün, 11:48 Bakıda son illərdə salınmış PARKLAR: Yaşıllıq sahələri genişləndirilir Bu gün, 11:48 Dairəvi yolda ağır QƏZA: "Mercedes" yük maşını ilə TOQQUŞDU Bu gün, 11:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər Bu gün, 10:48 Dövlət məktəblərində xarici dildə təhsil üçün yeni qaydalar tətbiq olunur Bu gün, 10:48 Naibə Allahverdiyevanın qızının toyundan görüntülər Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR