
İnanıram ki, Olimpiya oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək, medal sayı bol olacaq.
"AVESTA.AZ" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
MOK rəsmisi tədbir iştirakçılarını salamlayaraq, Olimpiadada iştirak edəcək idmançılara uğurlar arzulayıb:
"Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün Azərbaycan idmançılarına uğurlar arzulayıram. İnanıram ki, yarış təmsilçilərimiz üçün uğurlu keçəcək, medal sayı bol olacaq. Azərbaycan ilk dəfə olaraq Paris 2024-də komanda idman növündə təmsil olunacaq"
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.