14-09-2022, 18:00 517

Komitə sədri:

"Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünümüdafiə ilə məşğuldur".

Bu fikirləri "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, sentyabrın 12-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində gərginliyin yaranmasına, Azərbaycan hərbçilərinin şəhid olmasına, yaralanmasına birbaşa Ermənistanın hazırki hərbi-siyasi hakimiyyəti məsuliyyət daşıyır:

"Qətiyyətlə deyə bilərəm ki, bu ölkədə revanşist qüvvələr regionda sülhün bərqərar olmağını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və onlar həmin dairələrin sifarişlərini yerinə yetirərək bölgədə sabitliyin olmasına əngəllər törədirlər. Erməni hərbi birləşmələrinin təxribatlarına Azərbaycan Ordusu layiqli cavablar verir. İstər təxribatda iştirak edən erməni hərbçilərinin, istərsə də sərhəd boyunca yerləşdirilmiş hərbi texnika və sursatların məhv olunmasında biz bunu görə bilərik. Ermənistan dövləti 10 noyabr 2020-ci il razılaşmasında üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməli olduğu halda, tam əksini edərək Azərbaycanla sərhəddə yeni hərbi texnikalar cəmləşdirməklə, canlı qüvvələr yığaraq revanşist düşüncələrə qapılmışdı. Ona görə də son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv xarakter daşıyırdı".

Tahir Mirkişili
Tahir Mirkişili

"Təəssüf ki, nə 30 il ərzində, nə də son 2 il müddətində dövlət səviyyəsində terrorun bütün növlərindən istifadə edən, beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistan dövlətinə heç bir təzyiq və ciddi xəbərdarlıq olmadı. Bunun nəticəsi olaraq Ermənistan təxribatlarını daha da genişləndirdi. Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini aparmaqdadır və BMT-nin Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrin icrasını təmin edən bir dövlət olaraq yenə də bölgədə sülhün və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.

Erməni hərbi birləşmələrinin atəşkəsi pozmasından dərhal sonra Ermənistanın baş nazirinin bir sıra dövlətlərin rəsmilərinə zəng etməsi heç bir fayda verməyəcək. Ona görə ki, Azərbyacan heç bir beynəlxaq hüquq normalarını pozmayıb, əksinə bölgədə təxribatçılıqla məşğul olan revanşist qrupları zərərsizləşdirib. Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünümüdafiə ilə məşğuldur", - T.Mirkişili qeyd edib.

Komitə sədri vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət edərək özünü bir daha gülünc vəziyyətinə qoydu: "Paşinyan bilməlidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın BMT tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü tanıyır, sərhəd toxunulmazlığına hörmətlə yanaşır. Digər tərəfdən, KTMT-də təmsil olunan dövlətlərin hər biri Azərbaycanla dostluq münasibətində olan ölkələrdir. Paşinyan, əslində, bunu çox gözəl bilsə də yenə də mənasız müraciətlərini davam etdirərək özünün yanlış hərəkətlərinə ortaq axtarır. Əslində, Paşinyan bu cür müraciətlərə zamanını xərcləməkdənsə, hökumətində və hərb sahəsində olan revanşist və təxribatçı qüvvələri təmizləsə, daha yaxşı olardı. Əlbəttə ki, ölkəsinin sülh və sabitlik içində yaşamasını istəyirsə. Əks halda, Ali Baş Komandanımızın vurğuladığı kimi, “dəmir yumruq” yerindədir və ölkəmizə qarşı təxribatlar törədənlərin başını hər an əzməyə qadirdir, buna heç kimin şübhəsi olmasın. Azərbaycanda hazırda xalq-hakimiyyət birliyi mövcuddur, insanlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də bir yumruq kimi öz liderinin ətrafında sıx birləşib, qəhrəman əsgərlərimiz Müzəffər Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazırdır. Biz öz haqlı mübarizəmizi davam etdirəcəyik".

Paylaş

Xəbər lenti

"Sabah" - "Barselona" matçının baş hakimi daha əvvəl 4 dəfə Azərbaycan klublarının oyununa təyinat alıb Bu gün, 15:48 Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk Bu gün, 15:48 Tayani 20 Yanvar faciəsi zamanı insan tələfatının miqyasından sarsıldığını bildirib Bu gün, 15:48 7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu Bu gün, 15:48 Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə bərpa işlərində İtaliya şirkətləri fəal iştirak edirlər Bu gün, 15:48 "Nar"ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib Bu gün, 15:48 Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb Bu gün, 15:48 "TikTok"da avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb Bu gün, 15:48 "Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48 Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb Bu gün, 13:48 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı Bu gün, 13:48 Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir? Bu gün, 13:48 Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:48 Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Bu gün, 13:48 Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı Bu gün, 13:48 Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava Bu gün, 13:48 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR