
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, Ramana qəsəbəsində 2000-ci il təvəllüdlü Qasımzada Dəmirxan Tofiq oğlu bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun və qarın nahiyəsindən 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. D.Qasımzadə əməliyyat olunub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.