
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
“AVESTA.AZ”un məlumatına görə, mübahisə zəminində bıçaqlanan 2006-cı il təvəllüdlü Məmmədov Rəsul Rauf oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.