
Gədəbəy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində yaralanan 4 nəfər xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.