
Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində 3 nəfər - Bakı şəhər sakinləri, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1997-ci il təvəllüdlü N.Məmmədli və daha bir nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.