
İsrail ordusunun Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində 50-dən çox insan həlak olu.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, atışma və bombardman zamanı azı 52 fələstinli həlak olub, onlardan 12-si Qəzza şəhərindəki məktəbdə, 9-u isə anklavın mərkəzi hissəsindəki bazarda ölüb.
Hərbçilərin anklavın cənubundakı Rəfah şəhərində və qonşu Xan-Yunisdə də bir neçə binanı partlatdığı bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.