
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında üçüncü qol vurulub və ilk hissə başa çatıb.
"AVESTA.AZ" xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti qolu vurublar - 3:0.
45+1-ci dəqiqədə Mariuş Stepinski fərqlənib.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında ikinci qol vurulub.
"AVESTA.AZ" xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti dəfə fərqlənib - 2:0.
34-cü dəqiqədə Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında hesab açılıb.
"AVESTA.AZ" xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri hesabda önə çıxıb.
14-cü dəqiqədə Amin Xammas fərqlənib.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçı start götürüb.
"AVESTA.AZ" xəbər verir ki, tərəflər arasında ilk qarşılaşma GSP stadionunda keçirilir.
Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.