3-09-2024, 15:38 406

Azərbaycan 3 ölkə ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edib

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Buxarestdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.

Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Baş katib Mirça Abrudean, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

İclasda layihənin “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, Birgə Müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, “yaşıl enerji” dəhlizinin fiber-optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib.

P. Şahbazov “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırıldığını vurğulayaraq prosesin intensivliyini təmin edəcək tövsiyələr verib. Nazir, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq “yaşıl enerji” dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşüb. “Bu gün Birgə Müəssisənin təsis sənədlərinin imzalanması ilə layihəmiz yeni mərhələyə qədəm qoyur. Birgə Müəssisə - Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, TİƏ-nin hazırlanması və icrası proseslərinə nəzarətə məsul, iştirakçı ölkələr tərəfindən həvalə edilmiş tədbirləri həyata keçirən qurum kimi fəaliyyət göstərəcək. “Yaşıl enerji dəhlizi”nin əsas resurs mənbəyi olan Azərbaycan Avropa ölkələrinin bərpa olunan enerji sahəsində də əsas tərəfdaşlarından biri olacaq”,- deyə nazir bildirib.

Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi”, həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb. Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün Məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanması, həmçinin Fiber Optik Kabel Xəttinə (FOC) dair tapşırıqların və Bolqarıstanın layihəyə inteqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasında ehtiva edilməsi razılaşdırılıb. Bundan başqa ümumi və qarşılıqlı maraq doğuran layihələrin (PCI/ PM) ikinci siyahısı ilə əlaqədar 2024-cü ilin sentyabr ayında Avropa Komissiyası tərəfindən başladılmış proses çərivəsində status üçün kollektiv şəkildə müraciət barədə razılığa gəlinib. COP29 İqlim Liderlərinin Sammiti zamanı Layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə də dəstək ifadə olunub.

Yekunda Nazirlərin Buxarest görüşünün nəticələrinə dair brifinq keçirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Paylaş

Xəbər lenti

Siqaret çəkmək əsəbləri sakitləşdirir? Bu gün, 16:48 "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib Bu gün, 16:48 Bakı Marafonu 2026-da yarış başa çatıb Bu gün, 16:48 Manana Çaparidze bağını nümayiş etdirdi Bu gün, 15:48 Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür Bu gün, 15:48 İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? Bu gün, 15:48 Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI Bu gün, 14:48 "Arka sokaklar"ın aktyoru yeni serialda Bu gün, 13:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib Bu gün, 13:48 Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir Bu gün, 13:48 Bərdədə asfalta yağ dağıldı, qəzaya səbəb oldu Bu gün, 13:48 Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Bu gün, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Bu gün, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Bu gün, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Bu gün, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Bu gün, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Bu gün, 11:48 "Bakı Marafonu 2026" başlayıb Bu gün, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Bu gün, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Bu gün, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Bu gün, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Bu gün, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Bu gün, 10:48 "Bakı Marafonu 2026" başlayır Bu gün, 10:48 İranın ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi DETALLARI Bu gün, 10:48 Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək Bu gün, 09:48 Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır Bu gün, 09:48 Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək Bu gün, 09:48 Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR