
Türkiyə millisinin sabiq basketbolçusu İlkan Karaman vəfat edib.
"AVESTA.AZ" yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı idmançı avtomobil vurması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, karyerası ərzində "Fənərbağça", "Beşiktaş" kimi klubların şərəfini qoruyan Karaman son mövsümü "Çayırova Belediye"sinin heyətində keçirib. O, 2013-cü ildə ilk dəfə Türkiyənin əsas millisinin formasını geyinib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.