Moldova hökuməti etiraz edən fermerlərin tələbi ilə kənd təsərrüfatında fövqəladə vəziyyət elan edəcək.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Vladimir Bolya brifinqdə bildirib.
“Kənd Təsərrüfatı Nazirliyi fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı qanun layihəsi üzərində işləyir, bu həftə hökumət tərəfindən təsdiqlənəcək, sonra isə parlament tərəfindən təsdiqlənəcək. İndi biz sənədi razılaşdırırıq və digər dövlət qurumları ilə müzakirə edirik. Və çox güman ki, çərşənbə günü bu qanun layihəsinin təfərrüatlarını təqdim edəcəyəm”, – o bildirib.
Onun sözlərinə görə, bu sənədin qəbulu Nazirlər Kabinetinə Moldovanın əsas sənayesində yaranmış ağır vəziyyətlə əlaqədar qanuni qüvvəyə malik təcili qərarlar qəbul etməyə imkan verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.