12-09-2024, 18:19 440

Bakıda mənzilə silahlı basqın edərək polisə müqavimətdə təqsirləndirilən şəxs həbs olunub

Bakıda mənzilə silahlı basqın edərək polisə müqavimətdə təqsirləndirilən şəxs həbs olunub.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102 Xidməti-Zəng Mərkəzi”nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

Xəbər lenti

Bu məktəbə xanım direktor təyin olundu Bu gün, 20:48 Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Bu gün, 20:48 Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır Bu gün, 20:48 Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR Bu gün, 20:48 Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır Bu gün, 20:48 Bakıda yeni tikili mənzillərin qiymətləri sentyabrda illik 14 %-dən çox artıb Bu gün, 19:48 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi Bu gün, 19:48 "Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib Bu gün, 19:48 Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 19:48 Bu rayonda yollar TƏMİR EDİLƏCƏK - Küçələrin adları Bu gün, 19:48 AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır" Bu gün, 19:48 Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib Bu gün, 18:48 Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi Bu gün, 18:48 Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır Bu gün, 18:48 Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu Bu gün, 18:48 FHN bu ərazilərdə yeni xilasetmə məntəqələri tikdirəcək - SİYAHI Bu gün, 18:48 Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı Bu gün, 18:48 "Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək Bu gün, 17:48 Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb Bu gün, 17:48 XƏBƏRDARLIQ - Hava kəskin PİSLƏŞİR - Şimşək, dolu, qar... Bu gün, 17:48 Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var Bu gün, 17:48 Bakıda mənzil QİYMƏTLƏRİNDƏ ŞOK ARTIM - Bu rayonlarda 20%-i keçdi Bu gün, 17:48 Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb Bu gün, 17:48 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi Bu gün, 17:48 Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi" Bu gün, 17:48 Avropada növbəti muzeyi soymaq istədilər Bu gün, 16:48 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır Bu gün, 16:48 Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb Bu gün, 16:48 Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var Bu gün, 16:48 Bakıda marşrut avtobusu belə aşdı - ANBAAN VİDEO Bu gün, 16:48 Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər Bu gün, 16:48 Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb Bu gün, 16:48 "Baldır Yar" 1 milyon izlənildi - Röyadan yeni rekord Bu gün, 16:48 İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Bu gün, 16:48 Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir Bu gün, 16:48 Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib Bu gün, 15:48 Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL Bu gün, 15:48 FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib Bu gün, 15:48 "Yeşilçam"ın məşhur aktyoru 90 yaşında vəfat etdi Bu gün, 15:48 Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Səudiyyədən neftlə bağlı ciddi xəbərdarlıq: Ehtiyatlar kritik həddə çatıb Bu gün, 15:48 Rüfət Axundov anasının "Müəllimlər Günü"nü təbrik etdi Bu gün, 15:48 Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib Bu gün, 15:48 Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir" Bu gün, 14:48 Pulsuz hüquqi yardımla bağlı ödənişin meyarı müəyyənləşir Bu gün, 14:48 Emin və Roza duetinə Moskvada KLİP Bu gün, 14:48 Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatına hazırlıq işləri yüksək səviyyədə davam edir Bu gün, 14:48 Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR