
Goranboy rayonunun Veyisli kəndində yanğın nəticəsində xəsarət alan 6 aylıq Ö.Məmmədovdur.
"Report"un Qərb bürosunun məlumatına görə, müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.