18-09-2024, 18:23 603

Bakıda iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun üçüncü iclası keçirilib - YENİLƏNİB

Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssaslığı ilə seçilən inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası keçirilib.

"Report" xəbər verir ki, iclasın müzakirə mövzusu COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan itki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar olub.

Tədbiri açan COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.

İtki və Zərərə Cavab Fondunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir tərəfdaşların iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirmələrinin, dəyən zərərlə bağlı müvafiq işlərin görülməsinin əhəmiyyətini qeyd edib.

O bildirib ki, COP29 ərəfəsində ötən illərdə keçirilmiş tədbirlərin nəticələrinə əsaslanaraq irəli getmək lazımdır:"İqlim dəyişikliyi təbiətə dəyən ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunələrindən biri də Asiya ölkələrində tüğyan edən qasırğalar və daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb".

İqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərməyin vacibliyini vurğulayan M.Babayev İtki və Zərərə Cavab Fondunun bu istiqamətdə mühüm rol oynayacağını da diqqətə çatdırıb: "Ümumdünya Meteorologiya Təşkilatı cari il sentyabrın əvvəlində yayımladığı hesabatında Afrika ölkələrinin iqlim dəyişikliyi səbəbindən ÜDM-in 5 faizini itirdiyini qeyd edib. Az inkişaf etmiş ada ölkələri isə 2,1 faiz iqtisadi zərərə uğrayıblar".

“İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin bundan əvvəlki iclasından ötən müddət ərzində xeyli irəliləyişə nail olmuşuq. Biz həmin iclasda ev sahibi olan ölkəni seçdik”, - deyən Muxtar Babayev ev sahibliyinə görə Filippin dövlətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üç gün davam edəcək iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.

2023-cü ildə təsis edilən İtki və Zərər Fondunun ilk iclası cari il mayın 1-də, ikinci iclası isə iyulun 9-da keçirilib. Fondun yaradılmasında məqsəd iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı, xüsusilə inkişaf etməkdə olan ölkələrə yardım göstərməkdir.

Tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.

İclas çərçivəsində Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur.

08.56

Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üçüncü iclası işinə başlayır.

"Report" xəbər verir ki, tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatlarının və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndənin qatılması gözlənilir.

İclas zamanı Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur. Toplantıda COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə ediləcək.

Paylaş

Xəbər lenti

Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Dünən, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Dünən, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Dünən, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Dünən, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Dünən, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Dünən, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Dünən, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Dünən, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Dünən, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Dünən, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Dünən, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Dünən, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Dünən, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Dünən, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Dünən, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Dünən, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Dünən, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Dünən, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Dünən, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Dünən, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR