19-09-2022, 17:53 487

Səlim Müslümovun məhkəməsində şahidlər dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində şahidlər dindirilib.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Könül Xudiyeva bildirib ki, "Röya 2014", "İnci" və "Buğday 2014" adlı MMC-lər yaradaraq tenderlərin qalibi olub: "Hazırda gözəllik salonunda işləyirəm. Bu şirkətləri ailəmi dolandırmaq üçün açmışdım. Bütün əməliyyatları mənim adımdan baş etibarnamə ilə Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olan anam Nəzakət Kərimova həyata keçirib".

Digər şahid Ülviyyə Məmmədovanın sözlərinə görə, 2012-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində baş mühasib işləyib:

"Şirkətlər arasında bağlanan müqaviləyə görə əldə olunan gəlirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verirdim. Onun tapşırıqlarını yerinə yetirirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya onun xidməti otağında verirdim".

Şahid Nəzakət Kərimova isə Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı otkat əməliyyatlarından danışıb:

"Mən 2007-2016-cı illərdə Əlillərin Bərpa Mərkəzində baş mühasib işləmişəm. Şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin müdriyyətinə verilirdi. Mənə tapşırıqları rəhbərimiz İlqar Qurbanov verirdi".

Sonra şahid qismində Ənvər Məhərrəmov dindirilib. Hakimin suallarını cavablandırarkən məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilibmiş. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi qalıq şəklində Əlillərin Bərpa Mərkəzinə qayıdıb və burada toplanaraq baş mühasib tərəfindən rəhbərliyə çatdırılırmış.

"Mən cənazə daşıyan sürücü işləyirəm. Bu məsələlərə Vüqar adlı dostum qoşdu. Sonralar mənim adımdan həyata keçirilmiş əməliyyatlardan xəbəri olmadı. "Təchizat", "Star" və "Uğur-S 2013" şirkətlərinin adımda olmasını yalnız istintaqa çağırılandan sonra bilmişəm".

Daha sonra şahidlər - Şahid Camaləddin İsmayılov, Vidadi Nəbiyev və Mir Sahib Həsənov eyni epizodlar üzrə məhkəməyə ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Paylaş

Xəbər lenti

Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi Bu gün, 16:48 XƏBƏRDARLIQ - 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən... Bu gün, 16:48 Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB Bu gün, 16:48 Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarından istifadə ÖDƏNİŞLİ OLDU Bu gün, 16:48 Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək Bu gün, 16:48 "Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib Bu gün, 16:48 Bir qrup incəsənət xadiminə Prezident mükafatı verilib - SƏRƏNCAM Bu gün, 16:48 Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil edəcək Bu gün, 16:48 Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - SƏRƏNCAM Bu gün, 16:48 Azercell "GiqaAddım" ilə addımları internetə çevirir! Bu gün, 16:48 Bu şadlıq sarayında ətlərdə at DNT-si aşkarlanıb Bu gün, 16:48 Sumqayıtda qaz təchizatı dayandırılacaq Bu gün, 15:48 Pezeşkian İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib Bu gün, 15:48 Azərbaycanda 4 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb Bu gün, 15:48 Gecikdirilmiş 292,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub Bu gün, 15:48 Rusiyalı funksional çoxnövçülük çempionu öldürülüb Bu gün, 15:48 Amerikalı məşhur falçı yox ola biləcək şəhərləri açıqlayıb Bu gün, 15:48 Sabah bu kəndlərdə qaz olmayacaq Bu gün, 14:48 Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı Bu gün, 14:48 BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Bu gün, 14:48 Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA Bu gün, 14:48 Agentlik sədrinin müşaviri işdən çıxdı Bu gün, 14:48 ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb Bu gün, 14:48 Rusiya 1 gündə 570 pilotsuz uçuş aparatı vurulub Bu gün, 14:48 Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi Bu gün, 14:48 Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR Bu gün, 13:48 Magistratura imtahanı ilə bağlı VACİB proqnoz Bu gün, 13:48 Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 13:48 Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar Bu gün, 13:48 İran limanları gəmiçilik və humanitar xidmətlərə açıq elan edilib Bu gün, 13:48 İsmayıllıda 43 yaşlı kişi itkin düşüb Bu gün, 13:48 Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub Bu gün, 13:48 Cənubi Koreyada robot buddizmə "qəbul edildi" Bu gün, 13:48 Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb Bu gün, 12:48 Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı Bu gün, 12:48 Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində... Bu gün, 12:48 Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir Bu gün, 12:48 Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI Bu gün, 12:48 VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir Bu gün, 12:48 Artıq 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub Bu gün, 12:48 Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb Bu gün, 12:48 Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Bakı Slavyan Universitetinin professoru vəfat edib Bu gün, 12:48 Dövlət Neft Fondundan büdcəyə transfert 100 faiz icra edilib Bu gün, 12:48 Fermerlərin 150 kV-dək günəş enerjisindən istifadəsinə icazə tələb olunmur - Nazir müavini Bu gün, 12:48 Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB Bu gün, 12:48 Bakı-Sumqayıt qatarının qeyri-iş günlərindəki QRAFİKİ Bu gün, 11:48 Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR