21-09-2024, 11:48 509

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə" iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyindən "AVESTA.AZ"a verilən xəbərə görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.

Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.

Rusiyalı qonaqlar səfər çərçivəsində Hərbi Polis İdarəsinin tabeliyində olan "N" hərbi hissəsini ziyarət edib, təlim poliqonunda hərbi polis bölmələrinin yaşayış məntəqəsi və hərbi obyektlərdə axtarış-xilasetmə fəaliyyəti, silahlıların zərərsizləşdirilməsi və hərbi əsirlərin təxliyə olunması üzrə nümayiş məşğələsini izləyiblər.

Paylaş

Xəbər lenti

Müğənni Tülay Özer vəfat edib Bu gün, 15:48 Salyanda Kür çayının hündürlüyü körpüyə qədər yüksəlib Bu gün, 15:48 Sabirabad rayonunda Kür çayı BƏNDİ YARDI - ANBAAN VİDEO Bu gün, 15:48 Bakıda WUF13-də BMT-ni 20-yə yaxın yüksəkvəzifəli nümayəndə təmsil edəcək Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub Bu gün, 15:48 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA Bu gün, 15:48 Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır" Bu gün, 15:48 Sabunçudakı ruhi - əsəb dispanserindən xəstələrin qaçması xəbəri YALANDIR Bu gün, 15:48 Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır Bu gün, 15:48 Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib Bu gün, 14:48 İctimai nəqliyyatda əlavə vəsait tutulması məsələsinə RƏSMİ REAKSİYA Bu gün, 14:48 "Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB Bu gün, 14:48 "Qarabağ" "Neftçi" ilə oyunda azarkeşlərin davranışına görə 8000 manat cərimələnib Bu gün, 14:48 "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar Bu gün, 14:48 MM hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi I oxunuşda qəbul edib Bu gün, 14:48 İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNAT Bu gün, 14:48 İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək Bu gün, 14:48 Nərimanovda 2, 3, 4 otaqlı və studiya premium təmirli mənzillərin satışı davam edir! - "Kristal" Bu gün, 14:48 İsveçrədə 31 yaşlı şəxs "öz krallığını" elan etdi: 117 min kvadratmetr ərazini ələ keçirdi Bu gün, 14:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar söküldü Bu gün, 14:48 Trampa sui-qəsd cəhdi ilə bağlı yeni görüntülər yayımlandı Bu gün, 14:48 Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir Bu gün, 13:48 Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib Bu gün, 13:48 Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşir Bu gün, 13:48 Hikmət Hacıyev diplomatik korpusun Qarabağa səfəri ilə bağlı video paylaşıb Bu gün, 13:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar narazılıq yaratdı Bu gün, 13:48 Aİ Metanı uşaqların təhlükəsizliyi ilə bağlı cərimələyə bilər Bu gün, 13:48 Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar Bu gün, 13:48 Çin avtomobillərinin ən həssas hissəsi açıqlandı Bu gün, 13:48 Avropa İttifaqının əhalisi 2100-cü ilədək 53 milyon azalacaq Bu gün, 13:48 "Neftçi"nin qapıçısı Emil Balayev: "Meydana çıxan hər oyunçu futbol fəlsəfəmizi bilir" Bu gün, 12:48 Kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb Bu gün, 12:48 Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır Bu gün, 12:48 Toy karvanları quranlara XƏBƏRDARLIQ Bu gün, 12:48 Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq Bu gün, 12:48 Tim Kuk: iPhone 17-yə tələbat rekord həddə çatıb Bu gün, 12:48 Milli Məclis beynəlxalq sənədi ratifikasiya etdi Bu gün, 12:48 Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb Bu gün, 12:48 Lənkəranda tullantı suları dənizə axıdıldı - TƏDBİR GÖRÜLDÜ Bu gün, 12:48 Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq Bu gün, 12:48 Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək Bu gün, 11:48 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib Bu gün, 11:48 Alimlər Süd Yolu qalaktikasının sərhədlərini müəyyənləşdirib Bu gün, 11:48 BƏƏ İran, Livan və İraqa səfərləri qadağan edib Bu gün, 11:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Aprel ayının reytinq cədvəli açıqlanıb Bu gün, 11:48 Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub Bu gün, 11:48 Göygöldə qanunsuz tikili sökülüb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR