
Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.
Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.