27-09-2024, 14:52 390

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırılıb - VİDEO- YENİLƏNİB-5

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.

Nazirlikdən "AVESTA.AZ"a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

14.50

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

“AVESTA.AZ”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının "Yurd F" MMC boya sexinin təxminən 5-6 sot ərazisini əhatə etdiyi bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

14.41

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

Bu barədə "AVESTA.AZ"un sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

14.07

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən "AVESTA.AZ"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

13.54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən "AVESTA.AZ"a verilən məlumata görə, məlumat əsasında dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

13.42

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

“AVESTA.AZ” xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".

Müxbirlər Samirə Abdullayeva, Nəcməddin Quluzadə, Gülər Seymurqızı

Foto: Məhəmməd Ağayev

Paylaş

Xəbər lenti

İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Bu gün, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Bu gün, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Bu gün, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Bu gün, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Bu gün, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Bu gün, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Bu gün, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Bu gün, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Bu gün, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Bu gün, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Bu gün, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Bu gün, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Bu gün, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Bu gün, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Bu gün, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Bu gün, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Bu gün, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Bu gün, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Bu gün, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Bu gün, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Bu gün, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Bu gün, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Bu gün, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Bu gün, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Bu gün, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR