21-09-2022, 14:44 751

Virgil Popesku: “Rumıniyaya Azərbaycandan qaz nəqli üçün tranzit müqavilələri lazımdır”

Rumıniya üçün Azərbaycandan təbii qaz nəql etmək üçün tranzit müqavilələri lazımdır.

“AVESTA.AZ”un məlumatına görə, bunu Rumıniyanın energetika naziri Virgil Popesku bu gün Buxarestdə işinə başlayan Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC) bildirib.

Onun sözlərinə görə, Rumıniya tərəfi çoxdandır Rusiyadan başqa, digər ölkələrdən olan təbii qazın da gətirilməsi üzərində işləyir: “Digər ölkələrdən qaz nəql etmək, mayeləşdirilmiş təbii qaz (LNG) nəql etmək, Azərbaycandan qaz gətirmək üçün tranzit müqavilələri lazımdır. Biz onların üzərində işləyirik. Təbii qazın tranzit müqaviləsini, LNG-nin Yunanıstanda və ya Türkiyədə müəyyən limanlarda boşaldılmasını başa çatdırdıqdan sonra onları ictimaiyyətə təqdim edəcəyik”.

Xatırladaq ki, Azərbaycan təbii qazının nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) Cənubi Balkanlardan gələn qaz nəqlinin bir hissəsini çoxdan fəaliyyə göstərən Rumıniyanın sistemi olan Gurgiu-Ruse boru kəmərinə və daha sonra BRUA ilə Macarıstan vasitəsilə qitənin mərkəzinə çatdırmağa imkan verir.

V. Popesku həmçinin qeyd edib ki, Rumıniya oktyabrın 1-də İGB-nin açılışına dəvət olunub: “Digər dövlətlərin nazirləri ilə birlikdə Rumıniyaya da Azərbaycan qazını idxal etməyə imkan verən İGB-nin açılşı üçün oktyabrın 1-də Bolqarıstana dəvət olunub. Hamımız iştirak edəcəyik və bu, Bolqarıstanda yüksək səviyyəli iştirak olacaq”.

Qeyd edək ki, İGB Yunanıstanın milli qaz ötürücü sistemini və Yunanıstanın Komotini bölgəsindəki Trans-Adriatik Boru Kəmərini (TAP) Bolqarıstanın Stara Zaqora bölgəsində milli qaz ötürücü sistemi ilə birləşdirmək üçün nəzərdə tutulub. İnterkonnektorun ümumi uzunluğu 182 kilometr, nəqletmə qabiliyyəti isə Yunanıstan-Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetr nəzərdə tutulub. Uzunmüddətli perspektivdə IGB interkonnektoru İsrail və Kiprdən təbii qazı, həmçinin Azərbaycan və digər ölkələrdən əlavə həcmləri nəql edə biləcək.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.

Paylaş

Xəbər lenti

Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" Bu gün, 09:48 Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? Bu gün, 09:48 Vaqif Axundova ağır itki Bu gün, 09:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər Bu gün, 09:48 Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib Bu gün, 09:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar Bu gün, 09:48 Tikinti sahəsində 9 ildə 1677 nəfər müqaviləsiz işlədilib – milyonluq cərimələr tətbiq olundu Bu gün, 09:48 Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb Bu gün, 09:48 Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək Bu gün, 08:48 Bakıda 13 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Bakıda bu ərazidə yeni metro stansiyası tikilir? Bu gün, 08:48 Piyada qadını vuran şəxs futbolçu imiş Bu gün, 08:48 Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir Bu gün, 08:48 Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir Bu gün, 00:48 Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür Bu gün, 00:48 Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb Dünən, 23:48 Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi Dünən, 23:48 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi Dünən, 23:48 "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." Dünən, 23:48 Heydər Əliyev prospektilə bağlı xoş xəbər Dünən, 23:48 Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi Dünən, 22:48 "Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" Dünən, 22:48 İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk Dünən, 22:48 Alimlərdən sensasion kəşf: qədim okeanlarda nəhəng osminoqlar olub Dünən, 22:48 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək Dünən, 22:48 Space TV-də daha iki verilişin yayımı dayandırılıb Dünən, 22:48 Səidə Şəfiyeva: WUF13-ə hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır Dünən, 21:48 Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir Dünən, 21:48 İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48 Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Ağız boşluğundakı infeksiyalar ürək xəstəliklərinə səbəb ola bilər Dünən, 21:48 Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib Dünən, 21:48 Kostanyan: Ermənistan regionda kommunikasiyaların qurulmasında maraqlıdır Dünən, 21:48 Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk Dünən, 20:48 Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır Dünən, 20:48 Çexiya Avropa İttifaqı Şurasına dörd məktub göndərib Dünən, 20:48 Andrey Babiş Çexiyanın müdafiə şirkətləri barədə məlumat verib Dünən, 20:48 Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq Dünən, 20:48 Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək Dünən, 20:48 Azərbaycanda "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb Dünən, 20:48 Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq? Dünən, 20:48 Erməni kəşfiyyatçı saxlanıldı Dünən, 20:48 Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı Dünən, 19:48 Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 19:48 WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib Dünən, 19:48 İran Küveytdəki ABŞ bazasını bu yolla vura bilibmiş Dünən, 19:48 Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR