4-10-2024, 10:39 524

Səməd Bəşirli:

Azərbaycanda qlobal iqtisadi çağırışlara və yeni inkişaf tələblərinə adekvat yanaşma nümayiş etdirilir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.

"Dünyada müşahidə olunan mənfi iqlim trendlərinin yaratdığı fəsadlar, sürətlə dəyişən texnoloji innovasiyaların yaratdığı imkanlar milli iqtisadiyyatlar qarşısında yeni çağırış və perspektivlər müəyyən edir. Daha dayanıqlı və çevik iqtisadi modellərə keçid üzrə yeni tələblər formalaşır, bu tələblərə uyğun islahatların həyata keçirilməsi, innovasiyalara və "yaşıl texnologiya"lara investisiyaların yatırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi zərurətə çevrilir. Ölkəmizdə qeyri-neft sektoru şaxələndirilir, yeni sənaye və istehsal sahələri yaradılır, insan kapitalı inkişaf etdirilir və rəqəmsal iqtisadiyyatın tətbiqi genişləndirilir", - deyə o qeyd edib.

"Yeni nəsil iqtisadiyyatın tələbləri nəzərə alınmaqla Prezident İlham Əliyev 2030-cu ilə qədər ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet müəyyənləşdirib: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Milli Prioritetlər Azərbaycanı təmiz ətraf mühit və yaşıl artım ölkəsinə, innovasiyalar məkanına çevirmək və dayanıqlı iqtisadi artıma nail olmaqda önəmlidir", - deyə nazir müavini əlavə edib.

"Milli Prioritetlərə uyğun olaraq, hazırda "2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası gerçəkləşdirilir. Sənədə əsasən ölkədə rəqəmsal iqtisadiyyat strategiyasının qəbulu istiqamətində işlər görülür. Strategiya biznes, cəmiyyət və dövlət aspektlərini əsas tutaraq iqtisadiyyatın bütün sahələrinin transformasiyasını hədəfləyir. Məqsəd rəqəmsal iqtisadiyyat sahəsində Azərbaycanın mövqeyini regionda və beynəlxalq məkanda gücləndirməkdir", - deyə o vurğulayıb.

"Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək yolu” layihəsi üzrə işlər davam etdirilir. Bu, Xəzərin dibi ilə Qərbdən Şərqə fiber-optik rabitə xəttinin çəkilişini nəzərdə tutur və rəqəmsallaşmanın nəticələrindən qlobal səviyyədə bərabər faydalanmağa imkan verən önəmli layihədir. Azərbaycan Şərq və Qərb, Şimal və Cənub arasındakı əlverişli mövqeyinə görə tranzit layihələrin həyata keçirilməsində böyük təcrübəyə malikdir", - deyə S.Bəşirli deyib.

Paylaş

Xəbər lenti

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib Bu gün, 11:48 Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk Bu gün, 11:48 İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Ferhat Gündoğdu da həbs edildi Bu gün, 11:48 Əhmədlidə yanan köşkdən meyit tapıldı Bu gün, 11:48 XİN: Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir Bu gün, 10:48 Avtobus palçıqlı yolda batdı Bu gün, 10:48 lkin Namazov vəzifəsindən azad edildi Bu gün, 10:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib Bu gün, 10:48 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür Bu gün, 10:48 Elçin Əmirbəyov: "Sülh sazişiylə cari Ermənistan Konstitusiyası arasında mövcud uyğunsuzluğun aradan qaldırılması prosesin təminatı üçün qaçılmazdır" Bu gün, 10:48 "Turan Tovuz" 32 ildən sonra "Fənərbağça" ilə üz-üzə gələcək Bu gün, 09:48 Şahdağa qar yağır Bu gün, 09:48 Masazırda yolları su basıb Bu gün, 09:48 Tovuzda dəhşətli hadisə: Qadın yanıb öldü Bu gün, 09:48 Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Dünən, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Dünən, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Dünən, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Dünən, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Dünən, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Dünən, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Dünən, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Dünən, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Dünən, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Dünən, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Dünən, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Dünən, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Dünən, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Dünən, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Dünən, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Dünən, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Dünən, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Dünən, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Dünən, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR