
Avropa Komissiyası (AK) Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi hazırlayır.
"AVESTA.AZ" "Politico" qəzetinə istinadən xəbər verir ki, sentyabrın 23-də Avropa İttifaqının (Aİ) icra orqanı birlik ölkələrinin nümayəndələri ilə öz təkliflərinin müzakirəsinə başlayacaq.
Adlarının açıqlanmayan Aİ diplomatlarının sözlərinə görə, cümə günü keçiriləcək məsləhətləşmələr çərçivəsində Rusiya neftinə maksimum qiymətin müəyyən edilməsi məsələsi qaldırılacaq. Aİ nümayəndələrinin sanksiya siyahılarına yeni şəxslərin daxil edilməsi, almaz və digər dəbdəbəli malların idxalına qadağa qoyulmasını da müzakirə edəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.