22-09-2022, 13:11 673

Bakıda “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin açılışı olub

Bakıda “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin açılış mərasimi keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, tədbir hər iki ölkənin səhiyyə nazirliklərinin dəstəyi ilə təşkil olunub.

İlk olaraq Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev Türkiyə Respublikası ilə münasibətlərin Azərbaycan Hökuməti üçün hər zaman xüsusi xarakter daşıdığını qeyd edib. O, öz nitqində vurğulayıb ki, ilk dəfə təşkil olunan “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” qardaş ölkələr arasındakı münasibətlərin inkişafına ən yüksək səviyyədə verilən dövlət dəstəyinin növbəti təzahürüdür: “Bu gün ölkələrimizin səhiyyə qurumları, tibb ictimaiyyəti üçün əlamətdar bir gündür. Azərbaycan və Türkiyə dövlət başçılarının himayəsi altında ölkələrimiz arasında hər sahədə inkişaf edən münasibətlər səhiyyə sektoruna da öz müsbət təsirini göstərməkdədir”.

Onun sözlərinə görə, “YAŞAT” Fondu vasitəsilə Vətən müharibəsindən ötən müddətdə 200-ə yaxın həmvətənimiz müalicə üçün Türkiyəyə göndərilib. Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan Tibb Universiteti Türkiyənin 20-ə yaxın universiteti ilə əməkdaşlıq edir: ”Tibb təhsili sahəsində qarşılıqlı əməkdaşlığımızın bir göstəricisi də odur ki, hazırda 700-dən çox Türkiyə vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alır”.

Teymur Musayev səhiyyə biznes forumu və sərgisinin Türkiyə biznes subyektlərinin Azərbaycanın səhiyyə sektoruna artan investisiya maraqlarına xidmət edəcəyinə ümidvar olduğunu bildirib: “Forumun ölkələrimiz arasında əczaçılıq və tibbi avadanlıqlar sahəsində mövcud əlaqələrinin inkişafında əhəmiyyətini yüksək qiymətləndiririk. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq. Səhiyyə sektorunda bu kimi qarşılıqlı fəaliyyətlər vətəndaşlarımızın səhiyyə sistemindən məmnunluğunun artırılmasına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir”.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilk olaraq Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib: “Ötən həftə Ermənistanın hücumları nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə və türk millətinə səbr arzulayıram”.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş türk xalqının salamlarını tədbir iştirakçılarına bildirib. 28 illik əsarətin Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə sona çatmasını xüsusi qeyd edən türkiyəli nazir 1918-ci ilin sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə azad edilən və türk dünyasının qədim şəhəri olan Bakıda olmaqdan məmnun olduğunu söyləyib: “104-cü qurtuluş ildönümünü qeyd etdiyimiz can Azərbaycanın paytaxtında olmaq bizim üçün böyük qürurdur. Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir. Bu işbirliyinin sadəcə söz də deyil, fəaliyyətdə də nə qədər gerçək olduğunu son günlərdə yaşadığımız hadisələrlə də bir daha sübut etdik. Hər sahədə olduğu kimi, tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur. Türkiyənin səhiyyə sahəsində birgə biznes forumunun keçirilməsində zəngin təcrübəsi var. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur”.

Daha sonra Teymur Musayev və Fahrettin Koca sərginin stendləri ilə tanış olub, sərgidə iştirak edən şirkətlərin nümayəndələri ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları barədə söhbət ediblər.

Sonda Türkiyə və Azərbaycanın səhiyyə nazirləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Səhiyyə biznes forumu və sərgisi öz işini panel sessiyalarla davam etdirib. Mövzu və dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” iki gün davam edəcək.

10.21

Bakıda “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” keçirilir.

“AVESTA.AZ” xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Fahrettin Koca və digər rəsmi nümayəndələr iştirak edirlər.

Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan-Türkiyə səhiyyə biznes forumu başlayıb.

Qeyd edək ki, tədbirdən sonra Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.

Paylaş

Xəbər lenti

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" Bu gün, 09:48 "Qarabağ"ın sabiq ulduzu Bakıya gəldi Bu gün, 09:48 Anar Rzayevə ağır itki Bu gün, 09:48 SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb Bu gün, 09:48 Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi Bu gün, 09:48 Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib Bu gün, 09:48 Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik" Bu gün, 08:48 Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı Bu gün, 08:48 Çempionlar Liqası: "Komo" səfərdə 9 qolla qalib gəlib Bu gün, 08:48 Qızılın qiyməti yenidən 4 100 dolları keçdi Bu gün, 08:48 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - TƏFƏRRÜAT Bu gün, 08:48 UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub Bu gün, 02:48 "Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Bu gün, 00:48 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 00:48 Iğdır şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur Bu gün, 00:48 "Vikinq" - "Sabah" oyununda hesabı bərabərləşib Bu gün, 00:48 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 23:48 "Etibarsız" pulu bu yolla "etibarlı" etdilər Dünən, 23:48 Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir Dünən, 23:48 Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır Dünən, 23:48 Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib Dünən, 23:48 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq Dünən, 22:48 Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir Dünən, 22:48 BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar Dünən, 22:48 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Dünən, 22:48 Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr Dünən, 22:48 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Dünən, 22:48 10-a yaxın kənd işıqsız qaldı Dünən, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Dünən, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Dünən, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Dünən, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Dünən, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Dünən, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Dünən, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Dünən, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Dünən, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Dünən, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Dünən, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Dünən, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Dünən, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Dünən, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR