15-10-2024, 09:55 481

Azərbaycan Pekində “Sıfır Karbon Missiyası Beynəlxalq İqlim Konfransı”da əsas qonaq olub

Çinin aidiyyəti qurumlarının dəstəyi ilə Pekində yerləşən "Phoneix" Televiziyasının təşkilatçılığı ilə “İqlim Ambissiyaları və Qlobal Fəaliyyət” mövzusunda “2024 Sıfır Karbon Missiyası Beynəlxalq İqlim Konfransı” keçirilib.

Azərbaycanın Çindəki Səfirliyindən "AVESTA.AZ"a bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan tədbirdə əsas qonaq qismində iştirak edib.

Qeyd edilib ki, “Sıfır Karbon Missiyası Beynəlxalq İqlim Sammiti” 2021-ci ildə təsis edilib. Ənənəvi olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarından öncə keçirilən tədbir Çin Xalq Respublikasında bu sahədə əsas müzakirə platformalarından biri və COP-a son hazırlıq iclası kimi qəbul edilir. Bu il keçirilən toplantı açılış mərasimi, panel müzakirələr və “COP29: Gəlin Bakıda, Azərbaycanda görüşək” adlı yoladüşmə öncəsi mərasimdən ibarət olub.

Tədbirdə Çinin dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının, elmi-akademik dairələrin nümayəndələri, ÇXR-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər. Müzakirələr zamanı iqlim dəyişikliyi təşəbbüsləri, qlobal emissiyaların azaldılması yolları, birgə mübarizə strategiyaları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov ölkədə COP29-a gedən hazırlıq prosesi, iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində qlobal həmrəyliyin təmin olunması üzrə fəaliyyət barədə məlumat verib. Səfir, həmçinin COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın digər ölkələrə nümunə göstərdiyini, ölkənin "yaşıl" böyüməni inkişafın əsas prioritetinə çevirdiyini, “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulmaqla istixana qazı emissiyasının daha da azaldılması üzrə öhdəlik götürdüyünü qeyd edib.

O, Azərbaycan Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin milli səviyyədə və ondan kənarda iqlim dəyişikliyi ilə mübarizəyə xüsusi təkan verdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının inkişaf etdirildiyini, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının, Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə kimi sıfır emissiyalı zonaya çeviriləcəyini bildirib.

Həmçinin, səfir Çinin "yaşıl" və alternativ enerji sahəsindəki nailiyyətlərini və zəngin təcrübəsini nəzərə alaraq Azərbaycanın bu ölkə ilə sözügedən sahədə uğurla əməkdaşlıq etdiyini, Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə günəş enerjisi stansiyalarının inşasında, "yaşıl" iqtisadiyyatın inkişaf etdirilməsində iştirak etdiyini qeyd edib.

Sammit çərçivəsində “Xalis sıfıra doğru – dayanıqlı yanacağın inkişafı üçün baxış və perspektivlər”, “Yeni şəbəkə platforması üçün çevik resurslar – avtomobildən şəbəkəyə”, “Dayanıqlı gələcəyə keçid: təchizat zəncirində ekoloji, sosial və idarəetmə aspektləri və aşağı emissiyalı keçiddə innovativ təcrübələr”, “İnsan və təbiət arasında harmoniya vasitəsi ilə iqlim fəaliyyətinin sürətləndirilməsi – təbiət əsaslı yeni sənaye, texnologiya və infrastruktur” mövzularında panel müzakirələr aparılıb.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR