
Sabirabad rayonunda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib.
“Report”un Aran bürosuna verilən ilkin məlumata görə, rayonun Bala Həşimxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məstalıyeva Qızqayıt Sərraf qızı xəstəxanaya aparılarkən epilepsiyadan (sudurğadan) yolda dünyasını dəyişib.
Qadının hamilə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.