
Bakının Nizami rayonunda iki nəfər bıçaqlanıb.
"AVESTA.AZ"un məlumatına görə, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və qardaşı 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Möhtərəm oğlu mübahisə zəminində bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.