
Bizim üçün bu tədbir önəmli idi.
"Report"un məlumatına görə, bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası zamanı jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi Azərbaycanda qış idman növlərinin inkişafına dair addımlar atıldığını bildirib:
"Bildiyiniz kimi Azərbaycan Qış İdmanı növləri federasiyası iki il öncə Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv qəbul edilib. Artıq bu ildən başlayaraq Azərbaycanda qış idman növünün inkişafına dair müvafiq addımlar atılır. Bilirsiniz ki, martda Azərbaycan tarixində ilk dəfə xizək alpinizmi üzrə beynəlxalq seriya yarışı təşkil edilmişdi. Yanvarda Şahdağ Turizm Mərkəzində xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycan ilk dəfə bu tədbirə ev sahibliyi edəcək. Hədəfimiz həmçinin dünya çempionatıdır. Bun istiqamətdə də müvafiq işlər aparılır"
Qeyd edək ki, gələn ilin yanvar ayında Azərbaycanda xizək alpinizmi üzrə dünya kuboku keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.