
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.
Bu barədə “AVESTA.AZ” "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.
Məlumatda deyilir ki, yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb: “Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Əlavə məlumat təqdim olunacaq”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.