27-10-2024, 13:14 707

Bu gündən İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılıb

Bu gündən Bakıda İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb.

Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.

İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.

İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.

Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.

Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.

Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.

Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.

Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.

Paylaş

Xəbər lenti

ACF rəsmisi: Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb Bu gün, 15:48 Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib Bu gün, 15:48 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı Bu gün, 15:48 Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib Bu gün, 15:48 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır" Bu gün, 15:48 Kardioloq: "Oturaq həyat tərzi infarkt riskini artırır" Bu gün, 15:48 46 yaşlı aktyor təyyarə qəzasında öldü Bu gün, 15:48 Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir? Bu gün, 14:48 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir" Bu gün, 14:48 Bakıda bir neçə yolda sürət həddi endirildi Bu gün, 14:48 Prezidentin qurultaydakı dərinməzmunlu çıxışı çətin və şərəfli yolun geniş təhlili idi - RƏY Bu gün, 14:48 ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür Bu gün, 14:48 Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi Bu gün, 14:48 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu Bu gün, 14:48 İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY Bu gün, 13:48 Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib Bu gün, 13:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Yol tam bağlandı Bu gün, 13:48 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Bu tarixdə Bu gün, 13:48 FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Bu gün, 12:48 Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? Bu gün, 12:48 Sabah da Bakıya yağış yağacaq? - Proqnoz Bu gün, 12:48 ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib Bu gün, 11:48 Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk Bu gün, 11:48 İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Ferhat Gündoğdu da həbs edildi Bu gün, 11:48 Əhmədlidə yanan köşkdən meyit tapıldı Bu gün, 11:48 XİN: Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir Bu gün, 10:48 Avtobus palçıqlı yolda batdı Bu gün, 10:48 lkin Namazov vəzifəsindən azad edildi Bu gün, 10:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib Bu gün, 10:48 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür Bu gün, 10:48 Elçin Əmirbəyov: "Sülh sazişiylə cari Ermənistan Konstitusiyası arasında mövcud uyğunsuzluğun aradan qaldırılması prosesin təminatı üçün qaçılmazdır" Bu gün, 10:48 "Turan Tovuz" 32 ildən sonra "Fənərbağça" ilə üz-üzə gələcək Bu gün, 09:48 Şahdağa qar yağır Bu gün, 09:48 Masazırda yolları su basıb Bu gün, 09:48 Tovuzda dəhşətli hadisə: Qadın yanıb öldü Bu gün, 09:48 Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR