31-10-2024, 15:16 477

İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.

"AVESTA.AZ" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin, ticarət, investisiya, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlıq isitiqamətlərinin müəyyənləşdirilməsinin önəminə toxundu.

Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

COP29-da Ruanda Prezidentinin iştirak edəcəyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu tədbirin önəminə toxundu, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğuladı və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini dedi.

Çarlz Kayonqa Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir. Səfir vurğuladı ki, Ruanda Prezidenti ona Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini deyib və ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Ruanda dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərə dair söylədiyi fikirlərə görə minnətdarlığını bildirən səfir əlaqələrimizin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, humanitar, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

11:37

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruandanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu Bu gün, 00:48 İtə qarşı zorakılıq edən şəxslə bağlı şok iddia Bu gün, 00:48 Anar Quliyev: "Azad edilmiş ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır" Dünən, 23:48 Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər Dünən, 23:48 Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir Dünən, 23:48 Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir" Dünən, 23:48 Bakıda yaşayış binasında güclü yanğın olub Dünən, 23:48 Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb Dünən, 23:48 Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb Dünən, 22:48 Estoniya Moldovada səfirlik açır Dünən, 22:48 Ronaldosuz Portuqaliya daha yaxşı oynayır? - 3 oyunda 3 qələbə Dünən, 22:48 Biran Damla Yılmaz Aybüke Pusatı izləmədən çıxardı Dünən, 22:48 Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir Dünən, 21:48 Ceyhun Bayramovla Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər Dünən, 21:48 Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Bakıda yolların rəngi niyə dəyişə bilər? - Ekspertdən maraqlı təklif Dünən, 21:48 Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb Dünən, 21:48 "Euronews": "Formula-1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub Dünən, 21:48 Bu məktəbə xanım direktor təyin olundu Dünən, 20:48 Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Dünən, 20:48 Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır Dünən, 20:48 Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR Dünən, 20:48 Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır Dünən, 20:48 Bakıda yeni tikili mənzillərin qiymətləri sentyabrda illik 14 %-dən çox artıb Dünən, 19:48 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi Dünən, 19:48 "Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib Dünən, 19:48 Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 19:48 Bu rayonda yollar TƏMİR EDİLƏCƏK - Küçələrin adları Dünən, 19:48 AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır" Dünən, 19:48 Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib Dünən, 18:48 Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi Dünən, 18:48 Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır Dünən, 18:48 Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu Dünən, 18:48 FHN bu ərazilərdə yeni xilasetmə məntəqələri tikdirəcək - SİYAHI Dünən, 18:48 Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı Dünən, 18:48 "Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək Dünən, 17:48 Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb Dünən, 17:48 XƏBƏRDARLIQ - Hava kəskin PİSLƏŞİR - Şimşək, dolu, qar... Dünən, 17:48 Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var Dünən, 17:48 Bakıda mənzil QİYMƏTLƏRİNDƏ ŞOK ARTIM - Bu rayonlarda 20%-i keçdi Dünən, 17:48 Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb Dünən, 17:48 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi Dünən, 17:48 Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi" Dünən, 17:48 Avropada növbəti muzeyi soymaq istədilər Dünən, 16:48 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır Dünən, 16:48 Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb Dünən, 16:48 Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var Dünən, 16:48 Bakıda marşrut avtobusu belə aşdı - ANBAAN VİDEO Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR