
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə "Report"a FHN-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xiıasetmə Xidmətinin qüvvələri tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, yanğın hadisəsi Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.