
Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Ərəzin-Əbrəqunus yolunda qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Mərhəmət Nəsirli xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.