5-11-2024, 02:11 701

TŞ katibi: Azərbaycan xalqların suveren hüquqlarının müdafiəsində konkret fəaliyyət yürüdür

Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

O qeyd edib ki, Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb:

"Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur.

Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir".

R.Usubov məqalədə vurğulayıb ki, qlobal miqyasda təhlükəsizlik sahəsində yaşanan problemlər son illərdə daha geniş miqyas alıb:

"Sosial böhranlar, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qovğalar, hətta ekoloji fəlakətlər mahiyyətcə qanlı savaşlarla eyni nəticələr verir və dövlətlərin, millətlərin təhlükəsizliyinə ciddi təhdidlər formalaşdırır. Müasir təhlükəsizlik sistemində bütün bu amillər eyni səviyyəli təhlükə faktoru kimi qəbul olunur və onların zəncirvari halqa kimi bir-birinə zərərli təkan vermələri aydın müşahidə edilir.

Xarici təsirlər nəticəsində hələ də "rəngli inqilablar"a, yeni növ işğalçılığa və müstəmləkə siyasətinə məruz qalan ölkələrin sayı yetərincədir. Azərbaycan bu prosesdə fəal mövqe nümayiş etdirir, xalqların və dövlətlərin suveren hüquqlarının müdafiəsində konkret fəaliyyət yürüdür. Eyni zamanda məlum fövqəldövlətlərin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparan kiçik dövlətlərin, xarici təşkilatların, siyasi partiyaların təmsilçiləri ölkəmizdə müxtəlif tədbirlər təşkil edir, koordinasiya mərkəzləri yaradırlar".

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, beynəlxalq təhlükəsizlik sistemində təsiredici qüvvə kimi mövqeyi günü-gündən artan və möhkəmlənən Azərbaycan Respublikasının yeni tarixi mərhələdə həyata keçirdiyi fəaliyyət, bir az əvvəl qeyd etdiyim kimi, yalnız ölkə miqyası ilə məhdudlaşmır.

"Onun BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dövründə, eləcə də bu gün beynəlxalq arenada səmərəli təşəbbüsləri, qarşılıqlı faydalılığı təmin edən əməkdaşlıq təklifləri yüksək hörmətlə qarşılanır.

Qlobal təhlükə mənbələrindən biri də bəşəriyyətin bəlasına çevrilən ekoloji fəsadlardır. İqlim dəyişikliklərindən qaynaqlanan bu problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi təşəbbüslərin ən uğurlu nəticəsi isə, şübhəsiz, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi olacaq. Belə bir beynəlxalq nüfuzlu, qlobal əhəmiyyət daşıyan, dövlətlərin təmsilçiliyi baxımından BMT Baş Assambleyasına bərabər tutulan ən mötəbər beynəlxalq tədbirin məhz bu ay Bakıda keçirilməsi Azərbaycana növbəti böyük etimaddır", - R.Usubov əlavə edib.

Paylaş

Xəbər lenti

Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR