5-11-2024, 09:57 332

DİN hüquqşünasları işə dəvət edir

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Bu barədə "AVESTA.AZ"a nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.


Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini “hüquqşünaslıq” ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək http://www.mia.gov.az ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün).

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az Veb saytında yerləşdirilib.

Paylaş

Xəbər lenti

Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Bu gün, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Bu gün, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Bu gün, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Bu gün, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Bu gün, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48 Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub Dünən, 22:48 Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Dünən, 22:48 Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb Dünən, 22:48 Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur" Dünən, 22:48 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR