
Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfər edib.
“AVESTA.AZ” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.
“Avropa İttifaqının nümayəndə heyəti müvafiq danışıqlar proqramını hazırlamaq üçün İrəvandadır”, - o bildirib.
P.Hovhannisyan qeyd edib ki, Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində işlər tamamlanmaq üzrədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.