26-09-2022, 15:37 790

Azərbaycanda ət niyə bahalaşır?

Son günlər Bakı və Abşeronda dana ətinin qiymətinin bahalaşması müşahidə edilir. Belə ki, sümüksüz dana əti hazırda 17-18 manat olub, lakin bir müddət əvvəl bu, 13,5-14 manata təklif edilirdi.

“Report” ölkədə ətin bahalaşmasının səbəbini araşdırıb.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, pandemiyadan sonra dünyada və ölkədə ətə olan tələbat artıb: "Xüsusilə, son bir il ərzində ət ölkə vətəndaşlarının istehlak səbətində mühüm yer tutmağa başlayıb. Lakin son dönəmdə Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq tədarükündə zəncirin pozulmasına səbəb olub. Tədarük zəncirinin pozulması bütün məhsulların qiymət artımına gətirib çıxarıb".

Ekspert hesab edir ki, Azərbaycan MDB məkanında ət istehsalı üzrə yüksək yerlərdə deyil: "Ümumiyyətlə, ölkədə ət istehsalı digər MDB ölkələri ilə müqayisədə azdır. Ölkədə ətin bahalaşmasının əsas səbəblərindən biri mal-qaraya verilən yemlə bağlıdır. Heyvandarlıqda istifadə edilən yemin qiyməti dünyada çox yüksəkdir və artmaqda da davam edir".

V. Məhərrəmovun sözlərinə görə, xüsusən, heyvanların kökəltməsində istifadə edilən gündəlik yemin, apranın, buğdanın qiyməti 2 dəfə artıb: "Fermerlər heyvanlar üçün istifadə edilən buğda və arpanın bir qismini yerli tələbat hesabına, digər hissəsini isə idxal hesabına ödəyirlər. Bu isə ətin maya dəyərinin artmasına səbəb olub”.

Yem istehsalında problemlər

V.Məhərrəmov hesab edir ki, heyvanların intensiv yemlənməsi üçün ölkədə kifayət qədər yem bazası olmalıdır: “Azərbaycanda yemçilik çox zəifdir, biz qüvvəli yemdən kifayət qədər istifadə edə bilmirik. Azərbaycanın qüvvəli yemə olan illik tələbatı 2,5 milyon ton təşkil edir, lakin son zamanlar ölkədə bu məhsulun istehsal həcmi 100 min ton civarındadır. Bu səbəbdən də bizdə yemləmə səviyyəsi aşağıdır”.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, kənd təsərrüfatının heyvandarlıq sektorunun inkişafı üçün əsas seqmentlərdən biri yem və yem bazasının düzgün təşkilidir: “Azərbaycanda bəzi yem və yem komponentləri var ki, onlar məhz idxaldan aslıdır, bura xüsusilə soya və günəbaxan bitkisi kimi məhsulları, mineral-vitamin qarışıqlarını qeyd edə bilərik. Öıkəmizdə yem və yem komponentlərinin idxaldan aslılığını nəzərə alaraq cari ildə hökümət və dövlət tərəfindən mühüm qərarlar qəbul edilib.

Belə ki, Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”ı təsdiq edilib ki, burada 72 adda yem bitkiləri və yem komponentləri öz əksini tapıb. Siyahıda nəinki ölkəmizdə əkilən yem bitkiləri, eyni zamanda hazırda dünyada heyvandarlıq sektoru üçün ənənəvi bitkilər də yer alıb. Qəbul edilmiş qərara görə yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış, yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur. Əgər bu gün ailə-kəndli fermer təsərrüfatlarının hər birinin həyətində 3-5 baş iribuynuzlu, yaxud da xırdabuynuzlu heyvan saxlanırsa, bu heyvanlara çəkilən maya xərci yemə çəkilən maya dəyər xərcini üstələyir. Odur ki, istər saxlama şəraitinə görə, istərsə də maddi -texniki bazasının təminatı sahəsində kiçik təsərrüfatlar sıradan çıxmağa başlayır. Bu, birbaşa bazara təsir edir. Bazarda heyvan yemlərin qiyməti liberallaşdırılıb, qiyməti bazar özü tənzimlənir".

O əlavə edib ki, heyvandarlıqda yem sulu şirəli, qaba, qüvvəli yemlər kimi qrupa bölünür ki, burada da qüvvəli, balanslaşdırılmış yemlərin xüsusi rolu var: "Hazırda yem rasionunda qüvvəli yemə olan tələbat tam ödənilmir. Belə ki, qüvvəli yemin hazırlanmasında yem bitkiləri ilə bərabər vitamin və minerallardan, digər əlavə komponentlərdən istifadə edilir. Qeyd olunduğu kimi bu komponentlər sırf idxaldan asılıdır və onlar məhsulun maya dəyərinə birbaşa təsir edir. Beləliklə, yemin istehsalına çəkilən xərc özünü son məhsulda-ət istehsalına da təsir edir".

KTN rəsmisi qeyd edib ki, ölkədə sənaye üsulu ilə yem istehsal edən müəssisələr mövcuddur: "Onlar yerli istehsal olan yem bitkilərindən istifadə etsələrdə bütün digər komponentləri xaricdən idxal edir. Dünya bazarında yem və yem əlavələrinin qiymətinin dəyişməsi, logistika xidmətlərinin artması idxal olunan məhsulların qiymətinə təsir etməklə, istehsala da öz təsirini göstərir. Bir də torpaq resurslarımız o qədər deyil ki, biz bütün yem bazamızı özümüz təmin edə bilək.

Hazırda ölkədə soya bitkisi pilot layihə çərçivəsində əkilir-becərilir. Ölkənin soyaya olan illik tələbatı 150 min tondur. Bunun 120 min tonu birbaşa quşçuluq sənayesinin payına düşür. Bu sahənin stimullaşdırıması məqsədi ilə dövlətimiz tərəfindən qəbul edilmiş qərara əsasən idxaldan asılı olan soya, günəbaxan, vitaminlərin və digər komponentlərin siyahısı hazırlanaraq ƏDV-dən azad edilib. Dövlətin yemlə bağlı qəbul etdiyi qərar bazarda quş ətinin istehsalına çəkilən xərci azaldır.

Qeyd etmək lazımdır ki, əvvəllər istehlak səbətində adambaşına düşən ət və ət məhsulların payı 33 kq təşkil edirdisə, hazırda bu rəqəm 44 kq civarındadır. Respublikada aqrar sahədə aparılan stimullaşdırıcı tədbirlər ərzaq təhlükəsizliyinə istiqamətlənmiş hədəf olmaqla daima diqqət mərkəzindədir".

Ət bazarı üzrə göstəricilər

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ət istehsalı 364,2 min ton olub, bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % çoxdur.

Ümumiyyətlə, 2021-ci ildə diri çəkidə ət istehsalı 610 min ton təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 26 min 149 ton ət idxal edilib. Bu, isə illik müqayisədə 1,8 % çoxdur.

2021-ci ildə isə ölkəyə 41 min 038 ton ət idxal edilib.

İldə ölkəyə 100 min tonadək soya idxal edilir.

Hesablamalara görə, Azərbaycanda 450 min baş cins mal-qara olmalıdır ki, ölkənin bütün ət və ət, süd və süd məhsullarına olan tələbatı tam ödənilsin. Amma bu gün ölkədə cəmi 40 min baş damazlıq mal-qara var.

Paylaş

Xəbər lenti

Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Dünən, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Dünən, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Dünən, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Dünən, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Dünən, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Dünən, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Dünən, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Dünən, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Dünən, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Dünən, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Dünən, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Dünən, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Dünən, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Dünən, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Dünən, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Dünən, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Dünən, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Dünən, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Dünən, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Dünən, 18:48 Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda! Dünən, 18:48 Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ Dünən, 18:48 Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" Dünən, 18:48 Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub Dünən, 18:48 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Dünən, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Dünən, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Dünən, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Dünən, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Dünən, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Dünən, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Dünən, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Dünən, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Dünən, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Dünən, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Dünən, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Dünən, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR