9-11-2024, 14:00 476

Azərbaycanın fındıq bağlarında məhsuldarlıq azalıb

Azərbaycanda havaların qeyri-sabit keçməsi fındıq bağlarında məhsuldarlığı azaldıb.

Bunu “AVESTA.AZ”a açıqlamasında "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

Məhsuldarlıq 10 - 50 % azalıb

Onun sözlərinə görə, il ərzində fındıq bağlarının olduğu rayonlara bir neçə dəfə dolu yağıb, bu da məhsuldarlığa mənfi təsir göstərib: "Məhsuldarlıq ölkənin ayrı- ayrı regionlarında 10 %-dən 50 %-ə qədər azalıb. Bununla belə, əsas fındıqçılıq təsərrüfatlarının yerləşdiyi Qəbələ-Oğuz bölgəsində məhsuldarlıq normadan yüksək, məhsul isə daha keyfiyyətli olub".

İ.Orucov fındıq tədarükünə mənfi təsir edən digər amillərin olduğunu da qeyd edib: "Bu il rayonlarda qəhvəyi mərmər bağacığı xeyli artıb. İndi Qida Təhlükəsizliyi Agentliyi onunla aktiv mübarizə aparır. Amma fermerlər də bu prosesə qoşulmalıdır. Çünki bu xəstəliyin qarşısı alınmasa bizi böyük fəsadlar gözləyir. Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdlər təbii yolla (uçmaqla) 35-100 km məsafə qət edə bilirlər. Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilməlidir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanmalıdır. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır”.

Fındığı nəm yerə saxlayırlar

Bundan başqa, Assosiasiya rəhbəri deyib ki, fermerlər fındığı nəm yerdə saxlamaqla məhsulu xarab edirlər: “Biz daima fermerlər arasında maarifləndirmə işləri aparırıq ki, fermerlər məhsulu normalara uyğun şəkildə saxlasınlar. Əfsus ki, fermerlərin bir hissəsi fındığın çəki itirməməsi üçün onu rütubətli yerdə saxlayır. Bu da məhsulun keyfiyyətini aşağı salır”.

Statistika nə deyir?

2023-cü ildə Azərbaycanda fındıq bağlarının sahəsi 81,8 min hektar olub. Bağların 95,6 %-i ənənəvi, 4,4 %-i isə intensiv bağlardır, 24,7 %-i Zaqatala, 14,3 %-i Xaçmaz, 12,9 %-i Balakən, 12,5 %-i Qax, 8,7 %-i Qəbələ, 8,2 %-i Qusar, 5,9 %-i Şəki, 5,3 %-i Oğuz, 2,6%-i İsmayıllı, 1,5 %-i Quba olmaqla, ümumilikdə 95 %-dən çoxu 10 rayonun payına düşüb.

Ötən il ölkədə 75,4 min ton fındıq istehsal edilib ki, bunun da 90 %-dən çoxu 8 rayonun payına düşüb. O cümlədən, Zaqatala 42,5 %, Xaçmaz 11,2 %, Qəbələ 9,9 %, Balakən 9,1%, Qax 7 %, Şəki 5,3 %, Qusar 4,6 %, Qazax isə 1,7 % paya malik olub. 2023-cü ildə fındığın məhsuldarlığı 1 hektara 13,9 sentner, onun 1 kiloqramının orta topdan satış qiyməti isə 4,10-5,76 manat təşkil edib.

2023-cü ildə Azərbaycan 119 milyon 555 min ABŞ dolları dəyərində fındıq ixrac edib. Bunun 51,9 %-i (62 milyon 96 min ABŞ dolları) Rusiya, 18,6 %-i (22 milyon 208 min ABŞ dolları) Almaniya, 13,1 %-i (15 milyon 699 min ABŞ dolları) İtaliya, 16,4 %-i (19 milyon 551 min ABŞ dolları) isə digər ölkələrin payına düşüb.

Ötən il fındıq ixracının 97,1%-i ləpə, 2,9 %-i isə qabıqlı formada həyata keçirilib. Əvvəlki ilə nisbətən qabıqlı fındıq ixracı 13 % azalıb, ləpə ixracı isə 8,7 % artıb.

Bu il ixracda Rusiya və digər ölkələrin payı bərabər olacaq

İ.Orucov deyr ki, Azərbaycan fındığı MDB (Rusiya, Qazaxıstan, Özbəkistan) və Avropa İttifaqı (İtaliya, Almaniya, Fransa, Çexiya) ölkələrinə ixrac edilir: “Ötən il ixracın 60 %-i Rusiyanın, 40%-i isə digər ölkələrin payına düşüb. Hesab edirəm ki, bu il ixracda Rusiyanın payı 50 %-ə düşəcək. Çünki Rusiyadan ölkəmizə pul köçürmələrində böyük problemlər var. Ödəmələr əvvəllər ABŞ dolları ilə idi, indi isə bir çox banklar dollarla ödəniş etmir. Rusiya rublunun məzənnəsinin hər gün dəyişməsi isə sahibkarların ziyanla işləməsinə səbəb olur. Üstəlik, qonşu ölkədə milli valyutanın dəyərdən düşməsi məhsulun dəyərini artırır, dəyər artanda isə istehlak azalır”.

Paylaş

Xəbər lenti

Azərbaycanda banklar birləşəcək? - Açıqlama Bu gün, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Bu gün, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Bu gün, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Bu gün, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 17:48 Cəlilabadda açıq ərazi yanır Bu gün, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48 Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın" Bu gün, 12:48 Zümrüd Ağayeva: "2026/2027 mövsümündə Azərbaycan Qadınlar Super Liqasında yeniliklər olacaq" Bu gün, 12:48 Səyyad Aran: "İki aydır Emin Əmrullayevi tapa bilmirəm" Bu gün, 12:48 Qubadlıda birinci yaşayış kompleksinin inşasına başlanılıb Bu gün, 12:48 Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb Bu gün, 12:48 "Sabah" Premyer Liqada 250-ci oyununu keçirib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR