14-11-2024, 00:55 501

ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio – DOSYE

2024-cü il noyabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasında ABŞ dövlət katibi vəzifəsinə Florida ştatından senator Marko Rubionun namizədliyini irəli sürüb.

“AVESTA.AZ” xəbər verir ki, Marko Rubio (tam adı - Marco Antonio Rubio) 28 may 1971-ci ildə Mayamidə kubalı mühacir ailəsində anadan olub. İki ali təhsili olan Rubio 1996-cı ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Bob Doulun seçki qərargahında işləyib.

1998-ci ildə Qərbi Mayami Şəhər Şurasına üzv seçilib. 2000-ci ilin yanvarında Florida Nümayəndələr Palatasına erkən seçkilərdə qalib gəlib və dörd dəfə seçkilərdən qalib ayrılıb.

2010-cu ildə Marko Rubio ilk dəfə ABŞ Senatına seçilib. Bu günə qədər o, müxtəlif komitələrdə çalışıb. 2016-cı ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin praymeriz zamanı namizədliyini geri götürüb. Donald Trampın rəqibi olduğu seçki kampaniyası zamanı bir-birini kəskin tənqid etsə də, partiyanın qurultayında Tramp vahid namizəd kimi təsdiqlənəndə Rubio onu dəstəkləyib.

Senator iqtisadi və sosial siyasətlə bağlı mühafizəkar fikirləri ilə tanınır. Rubio hökumət xərclərinin azaldılması və müdafiə xərclərinin artırılmasının tərəfdarıdır və Obamacare tibbi sığorta proqramına qarşıdır.

O, aborta, gey nikahına, marixuananın leqallaşdırılmasına və silaha nəzarətin artırılmasının əleyhinədir. Əvvəlcə senator, ABŞ-da qeyri-qanuni miqrantların mərhələli şəkildə leqallaşdırılmasının lehinə danışsa da, sonradan öz fikrini dəyişib və sığınacaq qaydalarını sərtləşdirməyə, ABŞ-ın Meksika ilə sərhədini gücləndirməyə çağırıb.

Siyasətçi həmçinin, iqlim dəyişikliyinin insan fəaliyyəti ilə bağlı olduğuna inanmır və alternativ enerji mənbələrinə keçidin tərəfdarı deyil.

Rubio NATO-nun Liviyadakı hərbi əməliyyatını (2011), Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini (2015) və Vaşinqtonun Tehranla “nüvə sazişi”ndən çıxmasını (2018) dəstəkləyib.

BMT-nin təklif etdiyi Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həlli konsepsiyası ilə razı olmayan siyasətçi Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarını alqışlayıb (2017), İsrailə hərbi yardım edilməsinin vacibliyini vurğulayıb.

O, Çini cilovlamaq üçün Asiya-Sakit okean regionunda ABŞ-ın hərbi mövcudluğunu artırmağı təklif edib və İran, Suriya, KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.

2022-ci ildə o, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı pisləyib. Eyni zamanda Rubio münaqişəyə danışıqlar yolu ilə son qoyulmalı olduğuna inanaraq, Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxış edib.

Paylaş

Xəbər lenti

Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Bu gün, 16:48 Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb Bu gün, 16:48 Zelenski Ukraynada genişmiqyaslı kadr islahatlarına start verir Bu gün, 16:48 "Günəş gözümə düşdü, idarəetməni itirdim" - Hacıqabuldakı qəzanın TƏFƏRRÜATI Bu gün, 16:48 Ot tayaları yandı, yük maşını yararsız hala düşdü Bu gün, 15:48 Azərbaycanda tanınmış musiqiçi vəfat edib Bu gün, 15:48 Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib Bu gün, 14:48 Tovuzda yaşayış evində YANĞIN: İki nəfər xəsarət alıb Bu gün, 14:48 İmtahanda 12 nəfərdə mobil telefon aşkarlanıb Bu gün, 14:48 "Taşacak bu deniz"də daha bir eşq Bu gün, 14:48 Ağdaşda "Mercedes" yanıb kül oldu Bu gün, 13:48 Venesuelanı bu amerikalı nazir idarə edir? Bu gün, 13:48 Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib Bu gün, 13:48 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər Bu gün, 13:48 "Kızılcık Şerbeti"nin aktyoru yeni serialda Bu gün, 12:48 Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub Bu gün, 12:48 Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq Bu gün, 12:48 Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir Bu gün, 12:48 Hollouey Makqreqoru ilk raundda texniki nokautla məğlub edib Bu gün, 11:48 Biləcəridə marketdə bıçaqlanma olub Bu gün, 11:48 Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 11:48 ABŞ senatoru Lindsi Qrem vəfat edib Bu gün, 11:48 SEPAH: Hörmüz boğazında ikinci gəmi və Qətərdəki baza raketlə vurulub Bu gün, 11:48 Suraxanıda qonşular arasında internet kabelinə görə dava düşdü, ölən var Bu gün, 10:48 Bakıda küləyinin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA Bu gün, 10:48 Radik İsmayılov: "Televiziya klassik xəbərin altı sualından dördünü sosial mediaya uduzur" Bu gün, 10:48 Hacıqabulda sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb Bu gün, 10:48 Mir Şahin Ağayev: "Televiziyanı hansısa günəbaxan tumu satan teleköşkə çevirmək olmaz" Bu gün, 10:48 DÇ-2026: İngiltərə Norveçə qalib gələrək yarımfinala yüksəlib Bu gün, 09:49 DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub Bu gün, 09:49 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər Bu gün, 09:49 Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər Bu gün, 09:48 Dilarə Kazımovadan ETİRAF: "Məhv olmaqdan qorxuram" Bu gün, 09:48 ABŞ İrana qarşı üçüncü zərbələr dalğasını başa çatdırıb Bu gün, 09:48 Murov Qartalı", şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür Bu gün, 09:48 Salyanda sağlamlıq mərkəzinin rəhbərinin meyiti tapıldı, şübhəli şəxs saxlanıldı Bu gün, 00:49 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb Bu gün, 00:48 AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək Bu gün, 00:48 Tovuz döyüşlərindən 6 il ötür Bu gün, 00:48 Moskvada iki nəfəri ildırım vurdu Dünən, 23:48 Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı Dünən, 23:48 Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda Dünən, 23:48 İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib Dünən, 23:48 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar Dünən, 23:48 DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər Dünən, 23:48 Nigeriyada iki ay əvvəl oğurlanan şagird və müəllimlər azad edildilər Dünən, 22:48 İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb Dünən, 22:48 Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR