14-11-2024, 12:54 287

“SOCAR Green” Azərbaycanda “yaşıl enerji” mənbələrinin inkişafı üçün strateji sazişlər imzalayıb

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkəti bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyi və Azərbaycanın davamlı gələcəyinin dəstəklənməsinə yönəlmiş bir neçə strateji saziş imzalayıb

“AVESTA.AZ” SOCAR-a istinadən xəbər verir ki, bu strateji tərəfdaşlıq innovasiyaların irəliləməsi, karbon emissiyalarının azaldılması və “yaşıl iqtisadiyyat”ın inkişafı üçün açardır.

İmzalanan sənədlərdən biri “SOCAR Green”, “Siemens Energy” və “Nobel Energy” şirkətləri arasında bərpa olunan enerji layihələrinin birgə işlənməsi, enerji təhlükəsizliyinin artırılması və regionun daha təmiz enerjiyə keçidinin sürətləndirilməsi üçün Anlaşma Memorandumudur.

Həmçinin, “SOCAR Green”, “Smart Sustainability Solutions” və “VEMA SA” şirkətləri arasında metan ilə mübarizə, karbon tutulması və digər sahələrə diqqət yetirməklə Azərbaycanın enerji sektorunda ekoloji təmiz həllərin tətbiqi üzrə Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Bundan başqa, “SOCAR Green” və “Esyasoft Holding” arasında bərpa olunan enerji mənbələri, dayanıqlılıq və ekoloji həllər sahəsində təminat səylərini gücləndirərək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa, “SOCAR Green” və Səudiyyə Ərəbistanının “FAS Renewables Company” arasında damüstü günəş elektrik qurğularının yaradılmasının məqsədəuyğunluğunun qiymətləndirilməsi və orta həcmli günəş layihələrinin öyrənilməsi üzrə Anlaşma Memorandumu, “SOCAR Green” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində enerji səmərəliliyinin artırılması və bərpa olunan həllərin genişləndirilməsi üzrə Anlaşma Memorandumu da var.

İmzalanan sonuncu sənəd isə “SOCAR Green və Asiya İnkişaf Bankı arasında “SOCAR Green” şirkətinin əməliyyat modelinin gücləndirilməsi, dekarbonizasiya məqsədləri ilə uyğunlaşmanın dəstəklənməsi üzrə texniki yardımın göstərilməsinə dair Əməkdaşlıq Sazişidir.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayında SOCAR-n Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərara alınıb. Şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

Bərpaolunan enerji, "yaşıl hidrogen"in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.

“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə "Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur. Qeyd olunan nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC "yaşıl enerji", dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin “xalis sıfır” emissiya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək.

Paylaş

Xəbər lenti

Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı Bu gün, 12:48 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır Bu gün, 12:48 Tovuzda "Ford"la motosiklet toqquşdu - Xəsarət alan var Bu gün, 12:48 Bəzi rayonlara dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq Bu gün, 12:48 Ayrılsalar da, övladları üçün bir araya gəldilər Bu gün, 11:48 Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib Bu gün, 11:48 FAKTİKİ HAVA: Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb Bu gün, 11:48 Kreml açıqladı: Putin Trampın elçiləri ilə 3 saatdan çox nə danışıb? Bu gün, 11:48 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı Bu gün, 11:48 Tanınmış aktrisanın yeni serialı bəlli oldu Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb Bu gün, 11:48 Qubada QƏZA: Ölən və yaralananlar var Bu gün, 10:48 Güclü külək, sel və ildırım gözlənilir - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 10:48 Zaqatalada qarışıq mallar mağazası yandı Bu gün, 10:48 Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO Bu gün, 09:48 "Turan Tovuz" "Sumqayıt"la, "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq Bu gün, 09:48 SEPAH ABŞ-yə bağlı altı gəmini vurub Bu gün, 09:48 Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR Bu gün, 09:48 Dominikan təmsilçisi "Miss World - 2026" tituluna sahib olub Bu gün, 09:48 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib Bu gün, 00:48 Ağdamda traktor minaya düşüb Bu gün, 00:48 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" Bu gün, 00:48 İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib Dünən, 23:48 Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir" Dünən, 23:48 İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb Dünən, 23:48 Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır Dünən, 23:48 "Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb Dünən, 22:48 Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq Dünən, 22:48 Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib Dünən, 22:48 Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır Dünən, 22:48 Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? Dünən, 21:48 İranda neft tanker partlayıb, on nəfər ölüb Dünən, 21:48 "Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünən, 21:48 Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib Dünən, 21:48 ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib Dünən, 20:48 Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub Dünən, 20:48 Türkiyədə aktyor evində ölü tapılıb Dünən, 20:48 Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur Dünən, 20:48 Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? Dünən, 19:48 Zelenski Azərbaycan əsilli prokuroru təltif edib Dünən, 19:48 Ötən gün 9 qanunsuz silah aşkarlanıb Dünən, 19:48 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib Dünən, 19:48 "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb Dünən, 19:48 Aleksandar Vuçiç Serbiyanın baş naziri ola bilər Dünən, 19:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Dünən, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Dünən, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR