14-11-2024, 13:30 468

Şamir Şərifov: “ADB-nin inkişaf etməkdə olan üzvləri yüksək iqlim dəyişikliyi riski altındadır”

Asiya İnkişaf Bankının (ADB) inkişaf etməkdə olan üzv ölkələri iqlim dəyişikliyinin təsirləri ilə bağlı yüksək risk altındadır və iqlimlə bağlı problemlərin artan intensivliyi lazımi və dayanıqlı tədbirlərin görülməsini zəruri edir.

“AVESTA.AZ” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov COP29 çərçivəsində ADB tərəfindən Asiya və Sakit Okean üzrə İqlim üçün İnnovativ Maliyyə Mexanizmi (IF-CAP) təşəbbüsünün başlanğıc tədbirində çıxışı zamanı bildirib.

Nazir, xüsusilə inkişaf edən kiçik ada ölkələrinə yardım etməyin vacibliyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycanın COP29 prezidentliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərdən birinin də beynəlxalq inkişaf banklarının resurs zərfinin genişləndirilməsi yolu ilə iqlim maliyyəsi imkanlarının genişləndirilməsi olduğu vurğulanıb.

S.Şərifov beynəlxalq inkişaf banklarının əlavə kapitalizasiyasının özəl sektoru daha da hərəkətə keçirməsinə səbəb olacağına və bunun, iqlim tədbirlərini dəstəkləyən daha geniş özəl sektor sərmayələri ilə tamamlanacağına əmin olduğunu ifadə edib. S. Şərifov COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycanın bu təşəbbüsünün daha geniş dəstəklə əhatə olunacağına ümidvar olduğunu bildirib.

IF-CAP-ın təşəbbüsünün başlanğıc tədbirində Bank tərəfdaşları ilə birgə özünün yeni iqlim maliyyələşdirmə mexanizmini təqdim edib.

Tədbirdə çıxış edən ADB prezidenti Masatsugu Asakava IF-CAP-ın dünyadakı ən innovativ iqlim maliyyələşdirmə proqramlarından biri kimi Asiya və Sakit Okean hövzəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün vacib vasitə olacağını bildirib. “Biz bilirik ki, iqlim dəyişikliyinə qarşı mübarizə dövrümüzün əsas çağırışıdır. Bu, transformativ, qəti və innovativ addımlar tələb edən bir çağırışdır – və IF-CAP bunu təmin edəcək. Bu təşəbbüs AİB-i bütün çoxtərəfli inkişaf bankları arasında iqlim maliyyəsi innovasiyasında ön sıraya çıxarır. 4,5 qat təsir gücü ilə bu, Asiya və Sakit Okeanda iqlim dəyişikliyinə qarşı mübarizə üçün çox ehtiyac duyulan milyardlarla dollar sərmayə yaradacaq.”

M. Asakava COP29-u mənalı və davamlı dəyişikliklər yaratmaq üçün yeni, iddialı bir iqlim maliyyəsi hədəfi müəyyən etməyə çağırıb.

Tədbirdə çıxış edən IF-CAP tərəfdaşlarının nümayəndələri – Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lamy, Avstraliyanın iqlim dəyişikliyi və energetika nazirinin köməkçisi Coş Uilson, Danimarkanın inkişaf siyasəti üzrə dövlət katibinin müavini Ole Tonke, Yaponiyanın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazuki Vatanabe, ABŞ-nin Xəzinədarlıq katibinin köməkçisi Aleksiya Latortu və digərləri öz ölkələri adından AİB-in inkişaf etməkdə olan üzv ölkələrə iqlim fəaliyyəti üçün lazım olan maliyyəni təmin edəcək bu strateji təşəbbüsə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, AİB tərəfdaşlarından - ABŞ-dan 1 milyard ABŞ dolları, Yaponiyadan 600 milyon ABŞ dolları (əlavə 25 milyon ABŞ dolları qrant ilə), Böyük Britaniyadan 280 milyon ABŞ dolları, Avstraliyadan 200 milyon ABŞ dolları və Danimarkadan İnkişaf Ölkələri üçün İnvestisiya Fondu (IFU) vasitəsilə 100 milyon ABŞ dolları olmaqla cəlb etdiyi təxminən 2,5 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi təminatı sayəsində regionda iqlim dəyişikliyi ilə mübarizə üçün portfelini 11,25 milyard ABŞ dollarınaa çatdıracaq.

COP29-un ilk günündə maliyyə naziri Samir Şərifov həmçinin “İqlim maliyyəsinin təmin edilməsi üzrə dəyirmi masa - Davamlı gələcək üçün həlledici an” müzakirələrində iştirak edib.

Bundan başqa, nazir COP29 çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Avropa İnvestisiya Bankının (EDB) vitse-prezidenti Tereza Çervinska ilə görüşdə ölkəmizlə bank arasında enerji və nəqliyyat layihələri üzrə əməkdaşlıq, bu təşəbbüslərə maliyyə dəstəyinin və texniki yardımların göstərilməsinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Avrasiya Stabilizasiya və İnkişaf Fondunun Baş direktoru Andrey Şirokov və “Ernst & Young” şirkətinin EMEIA maliyyə xidmətləri, iqlim dəyişikliyi və davamlılıq lideri Şaun Karazzo ilə görüşlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Paylaş

Xəbər lenti

Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 104 dollara enib Bu gün, 10:48 Mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür Bu gün, 10:48 Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək Bu gün, 10:48 Yenicag.az saytının 19 yaşı tamam olur Bu gün, 10:48 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir Bu gün, 10:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 09:48 "Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu Bu gün, 09:48 Luis Enrike PSJ ilə müqaviləsini uzatdı Bu gün, 09:48 Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır Bu gün, 09:48 ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib? Bu gün, 09:48 Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 00:48 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir Bu gün, 00:48 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Dünən, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Dünən, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Dünən, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Dünən, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Dünən, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Dünən, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Dünən, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Dünən, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Dünən, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Dünən, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Dünən, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Dünən, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Dünən, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Dünən, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Dünən, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Dünən, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Dünən, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Dünən, 17:48 Toydan gələrkən qəzaya düşdü Dünən, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR