
Argentinanın futbol üzrə millisi yoldaşlıq görüşündə Yamaykaya qalib gəlib - 3:0.
"AVESTA.AZ" xəbər verir ki, oyun Harrisondakı “Red Bull Arena”da keçirilib.
Görüşdə hesabı 13-cü dəqiqədə Xulian Alvares açıb. Matçın sonunda Messi 2 dəqiqə ərzində iki qol vurub.
Argentina millisi 2022-ci il dünya çempionatına hazırlaşır və C qrupunda Polşa, Səudiyyə Ərəbistanı və Meksika ilə mübarizə aparır. Turnir noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.