19-11-2024, 18:15 312

Rumıniyanın energetika naziri:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başladığı ilk günlərdən etibarən iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib - ən çətin mövzulardan biri olan Paris Sazişinin 6-cı maddəsinin bir bəndi üzrə tarixi konsensusa nail olunub.

Aralarında dövlət başçıları, nazirlər, beynəlxalq QHT-lərin nümayəndələri və gənc ekoaktivistlərin də olduğu konfrans iştirakçıları tədbirin yüksək səviyyədə təşkilini və COP29 sədrinin iqlim məsələlərində uzunmüddətli nəticələrə nail olunmasına sadiqliyini qeyd edirlər.

İştirakçılar arasında Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja da var. O, “Report”a müsahibəsində COP29-dan gözləntiləri, Azərbaycan və Rumıniya arasında enerji sahəsində əməkdaşlıq, həmçinin “yaşıl enerji” dəhlizinin - "Qara dəniz sualtı kabeli" (Black Sea Energy) layihəsinin yaradılması və digər təşəbbüslər barədə fikirlərini bölüşüb.

- COP29 iqlim konfransından nə kimi gözləntiləriniz var, Azərbaycan sədrliyi və beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş konfransdakı səyləri haqqında nə deyə bilərsiniz?

- Əminliklə deyə bilərəm ki, konfrans çox münasib bir vaxtda keçirilir. Bu tədbirin keçirilməsinə böyük ümidlər bəsləyirdik və Azərbaycan onun yüksək səviyyədə təşkili sayəsində bütün gözləntiləri üstələdi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevi və həmkarım, ölkənin energetika naziri Pərviz Şahbazovu təbrik edirəm.

COP29-da bütün iştirakçıların həm təşkilati məsələlərə, həm də səmərəli iqlim danışıqlarına cəlb olunduğu hiss olunur. Gözləniləndən daha çox, yəni 70 000-dən artıq insanın qəbul edilməsinin necə bir çağırış olduğunu təsəvvür edə bilirəm.

Bütün dünya Bakıda cərəyan edən hadisələri diqqətlə izləyir və suallar verir: "Liderlər hansı tədbirləri görəcəklər? Onlar iqlim maliyyələşdirməsi ilə bağlı sözlərdən konkret qərarlara keçə biləcəklərmi?" Nəticədə vətəndaşlar enerji və kommunal xidmətlərin qiymətlərinin azalmasını, şirkətlər isə daha rəqabətqabiliyyətli enerji gözləyirlər. Biz məhz buna nail olmalıyıq.

COP29 Rumıniya üçün iki böyük nüvə reaktorunun, həmçinin Çernavodada daha iki əlavə reaktorun tikintisi haqqında müqavilələrin imzalanması istiqamətində unikal imkan yaradır. 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılan bu layihələr 1 400 meqavat təmiz enerjinin istehsalını təmin edəcək. Bu, irəliyə doğru məsuliyyətli addımdır.

Ona görə də Bakı mənim üçün həmişə mühüm hadisələr və böyük uğurla assosiasiya olunacaq. Vətəndaşlarımıza konkret investisiyalar və maliyyələşdirmə lazımdır. Biz sözlərdən real əməllərə keçirik.

- Qara dənizin dibi ilə "yaşıl enerji” kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi hansı mərhələdədir və ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrinə görə bu təşəbbüsün dəyəri nə qədərdir?

- İlk növbədə qeyd etmək lazımdır ki, bu, hamımız - Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan üçün son dərəcə mühüm layihədir. Bu kabeli Azərbaycanın Avropaya açılan qapısı adlandırmaq olar. İstəyirəm ki, Rumıniyanı regionumuzda ən etibarlı tərəfdaşınız hesab edəsiniz. Düşünürəm ki, Aİ çərçivəsində Azərbaycanla strateji tərəfdaşlığımız hələ 2009-cu ildə başlayıb.

Rumıniya üçün "yaşıl dəhliz" enerji təhlükəsizliyi məsələsidir, çünki layihə enerji marşrutlarımızı şaxələndirir. Bu, həm də ekoloji cəhətdən təmiz və daha ucuz enerjidir. Enerji marşrutlarını nə qədər çox inkişaf etdirə bilsək, enerji bir o qədər ucuz olacaq. Bu isə öz növbəsində şirkətlərin rəqabətqabiliyyətli, həyat səviyyəsinin isə yüksək olmasını istəyən vətəndaşlarımız üçün vacibdir.

Biz idarələrarası müşavirə keçirdik və orada layihənin hazırlanması üzrə podratçı olan “Chessy” şirkəti tərəfindən əlavə nəticələr təqdim olundu. Biz həmçinin fiber-optik kabeldən istifadə imkanlarını nəzərdən keçiririk.

Bolqarıstan bu təşəbbüsə qoşulma prosesindədir, Moldova da layihədə maraqlıdır.

Hələ dəqiq rəqəmlərdən danışmaq tezdir. Düşünürəm ki, söhbət bir neçə milyarddan gedir, amma hələ yekun qiymətləndirmə yoxdur. Məsələ ondadır ki, dəyərindən asılı olmayaraq, enerji təhlükəsizliyinə qiymət təyin etmək olmaz. Ona görə də ümid edirəm ki, dörd dövlətin hamısı layihəni maliyyələşdirəcək.

Həmçinin ümid edirəm ki, Avropa Komissiyası maliyyələşdirmədə iştirak edəcək, çünki bildiyiniz kimi, bu təşəbbüs 2022-ci ilin dekabrında Buxarestdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı ilə işə salınıb.

Hətta dünən Aİ ilə görüşdə mən həll yolunun tapılması və lazımi maliyyələşdirmənin təmin edilməsi ilə bağlı çağırış etdim.

- Azərbaycan və Rumıniya arasında qazın tədarükünə dair müqavilə imzalanıb. Bu müqavilə qarşıdan gələn payız-qış mövsümü üçün uzadılıbmı? Ümumiyyətlə bu sahədə Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Rəsmi olaraq biz bunu hələ etməmişik. Lakin Bakıya son səfərim zamanı həmkarımla bütün müzakirələrimizə əsasən, bu, daha çox formal xarakter daşıyır.

Əslində, müqavilənin uzadılması ehtiyac yarandıqca baş verəcək. Hazırda Rumıniya öz istehlakını quruda və sahilyanı zonada qaz hasilatı hesabına təmin edir. 2027-ci ildə Qara dənizdəki “Neptune Deep” layihəsi sayəsində hasilatı ikiqat artırmağı planlaşdırırıq. Ehtiyac yaranarsa, biz həmişə ölkənizə etibarlı tərəfdaş kimi güvənə bilərdik. Əminik ki, Azərbaycana güvənməyə davam edə bilərik, eləcə də Azərbaycan Rumıniyaya güvənə bilər.

- Azərbaycan və Rumıniya arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq barədə fikirlərinizi bölüşə bilərsinizmi?

- Bizim üst-üstə düşən məqsədlərimiz var. Rumıniya çoxsaylı fotovoltaik panellər və külək turbinləri quraşdırır. Ümumilikdə biz hazırda üç-beş, bəlkə də altı il ərzində tikilməli olan təxminən 10 000 meqavat maliyyələşdiririk.

Bilirəm ki, Azərbaycanın da eyni dərəcədə iddialı planları var. Ona görə də düşünürəm ki, burada qabaqcıl təcrübənin tətbiqi üçün çoxsaylı imkanlar mövcuddur. Bundan əlavə, biz ofşor külək enerjisi haqqında qanun qəbul edən ilk ölkəyik. Bu da investisiyaların cəlb edilməsinə kömək edəcək. Ümid edirik ki, gələn ilin sonuna qədər Qara dənizdə ilk konsessiyaları əldə edəcəyik ki, bu da bizə 2032-ci ilə qədər burada ilk külək fermalarına sahib olmağa imkan verəcək.

Yenə də, ümumi təchizat üzrə birgə səylər göstərmək üçün Azərbaycanla əməkdaşlıq imkanları var. Buraya xərcləri azaltmaq və bu enerji körpüsünü qurmaq kimi bir sıra məsələlər daxildir. Bu bizim xəyalımızdır - Bakı ilə Buxarest arasında enerji körpüsü yaratmaq.

- Siz Azərbaycandan "yaşıl enerji”nin alınmasını və üçüncü ölkələrə ixracını nəzərdə tutursunuz?

- Bu da, yerində istehsal etdiyimiz enerjidən əlavə, burada, Azərbaycanda olacaq. Enerji dəhlizinin əsas məqsədi bu körpünün hər iki tərəfində ekoloji cəhətdən “təmiz enerji”yə çıxışı təmin etməkdir.

- Azərbaycanın iştirakı ilə Konstansa limanında mayeləşdirilmiş təbii qaz terminalının tikintisi layihəsi öz aktuallığını saxlayırmı?

- Məncə, bu çox tələb olunan layihə olardı. Biz bunu ötən dəfə müzakirə etmişdik. Bilirəm ki, artıq texniki-iqtisadi əsaslandırmamız var, ona görə də layihənin nəyi nəzərdə tutduğunu başa düşürük.

Sadəcə uyğun maliyyə mənbələrini tapmaq qalır. Bu layihə "Şaquli dəhliz"i və bir çox digər təşəbbüsləri tamamlayır. Eyni zamanda Azərbaycana ehtimal ki, məhdud imkanlar pəncərəsinə malik olan resurslardan səmərəli istifadə etməyə imkan verir.

Dünya tədricən qalıq yanacaqlardan imtina edir. Kömür əvəzlənir və qaz vacib keçid enerji mənbəyinə çevrilir. Nüvə enerjisi orta və uzunmüddətli perspektivdə həll yolu ola bilər. Eyni zamanda, Rumıniya bu layihəni tam və qeyd-şərtsiz dəstəkləyir - bizə sadəcə maliyyələşdirməni təmin etmək lazımdır.

Güman edirəm ki, layihənin ən çox xərc tələb edən hissəsi Azərbaycan və Gürcüstan arasındakı infrastrukturla bağlıdır. Bu, onun uğurla həyata keçirilməsinin açarıdır. Şəxsən mən bu layihəni tam dəstəkləyirəm.

Nəzrin Babayeva

Nigar Abbasova

Paylaş

Xəbər lenti

Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Dünən, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Dünən, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Dünən, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Dünən, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Dünən, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Dünən, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Dünən, 16:48 Sülhə doğru növbəti addım Dünən, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Dünən, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Dünən, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Dünən, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Dünən, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Dünən, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Dünən, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Dünən, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Dünən, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR