20-11-2024, 12:50 391

Camşed Şoimzoda: “Azərbaycanın yaratdığı Mərkəzi Asiya-Avropa nəqliyyat dəhlizləri Tacikistan üçün yeni imkanlar açır” - MÜSAHİBƏ

Unikal su və hidroenerji ehtiyatlarına malik olan Tacikistan iqlim dəyişikliyi ilə bağlı ciddi çağırışlarla üzləşir. Qlobal istiləşmə və ölkənin şirin su ehtiyatlarının böyük hissəsinin cəmləşdiyi dağlıq bölgələrdə buzlaqların sürətlə əriməsi şəraitində resursların dayanıqlı idarə edilməsi məsələsi xüsusilə aktuallaşır. Mərkəzi Asiyanın əsas ölkələrindən biri olan Tacikistan təkcə yeni çağırışlara uyğunlaşmağa deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıqda fəal iştirak etməyə çalışır.

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Tacikistan Respublikasının energetika və su ehtiyatları nazirinin birinci müavini Camşed Şoimzoda “AVESTA.AZ” agentliyinə eksklüziv müsahibəsində ölkəsinin buzlaqların əriməsi ilə necə mübarizə apardığı, su ehtiyatlarının dayanıqlı idarə edilməsi üçün hansı təşəbbüslərin həyata keçirildiyi və regional əməkdaşlığın niyə böyük əhəmiyyət kəsb etməsi barədə danışıb. Söhbət zamanı həmçinin energetika sahəsində Tacikistan-Azərbaycan əməkdaşlığının perspektivləri və iqlim maliyyələşdirilməsinin vaxtında həyata keçirilməsinin əhəmiyyəti də müzakirə edilib.

- Tacikistan iqlim dəyişikliyi şəraitində su ehtiyatları sahəsində hansı çağırışlarla qarşı-qarşıyadır?

- Tacikistan su ehtiyatlarına görə ən zəngin Mərkəzi Asiya ölkəsidir. Biz bütün Mərkəzi Asiyanın su ehtiyatlarının 60 %-ni formalaşdırırıq və çaylarımız region üçün mühüm rol oynayır. Lakin vəziyyət birmənalı deyil. Tacikistanın cənub hissəsi çayların yuxarı axarında yerləşir ki, bu çaylar da tamamilə burada formalaşır və region ölkələrini su ilə təmin edir. Şimalda isə biz artıq çayların aşağı axarında yerləşirik və digər ölkələrdən daxil olan su ehtiyatlarından qismən asılıyıq.

İqlim dəyişiklikləri artıq ciddi təsir göstərir və buzlaqların əriməsi xüsusi təhlükə yaradır. Ölkəmizin 93 %-i dağlarla əhatə olunub və Tacikistan haqlı olaraq buzlaqların vətəni adlandırılır. Burada dünyanın ən böyük kontinental buzlağı yerləşir. Lakin iqlim dəyişikliyi səbəbindən son 30 ildə ölkə mindən çox mikrobuzlaq itirib. Bu, regionun su balansına əhəmiyyətli təsir göstərən bərpa olunmaz itkilərdir. Bununla əlaqədar təcili tədbirlər görülməlidir.

-Tacikistan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində hansı səylər göstərir və regional əməkdaşlıq nə dərəcədə vacibdir?

- Tacikistan üçün iqlim dəyişikliyi sadəcə dəbdə olan bir mövzu deyil, hər gün üzləşdiyimiz sərt reallıqdır. Onların mənfi təsiri xüsusilə su ehtiyatları vasitəsilə hiss olunur. Son beş il iqlim dəyişikliyinin məhz su vasitəsilə necə gücləndiyini göstərir. Statistikaya görə, qlobal iqlim dəyişikliyinin təsirlərinin 74 %-i su ilə əlaqəlidir, Tacikistanda isə bu göstərici 80 %-dən yüksəkdir.

Belə çağırışlar şəraitində ölkəmiz iqlim proseslərini fəal şəkildə öyrənir və adaptasiya tədbirləri görür. Lakin iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün yalnız milli səylər kifayət deyil. Regional və qlobal xarakter daşıyan problemlər ölkələrin səylərinin birləşdirilməsini tələb edir.

Maliyyə dəstəyi, ekoloji təşəbbüslər və infrastrukturun inkişafını özündə ehtiva edən dəqiq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması son dərəcə vacibdir. Yalnız resursların və təcrübənin birləşdirilməsi yolu ilə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq və yeni reallıqlara uyğunlaşmaq mümkündür.

- İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizəyə kifayət qədər maliyyə vəsaiti ayırırmı və bu vəsait nə dərəcədə ədalətli bölüşdürülüb?

- Tədbirin təşkilatçısı kimi Azərbaycan diqqəti haqlı olaraq maliyyələşdirmə məsələlərinə yönəldib və biz bu mövqeyi tam dəstəkləyirik. Təəssüf ki, iqlim maliyyələşdirilməsində ciddi problemlər mövcuddur. Beynəlxalq maliyyə tərəfdaşları vəsaitlərin ayrılması ilə bağlı gurultulu bəyanatlar versələr də, onların ölkələrə verilməsi prosesi çox vaxt gecikir. Nəticədə pullar ünvanlarına çatanda bir çox adaptasiya tədbirləri artıq köhnəlmiş olur.

Maliyyələşdirmə həm kifayət qədər, həm də vaxtında olmalıdır. Adekvat və operativ maliyyələşdirmə olmadan iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə aparmaq mümkün olmayacaq. Müasir çağırışlar çevik reaksiya və uzunmüddətli maliyyə dəstəyi tələb edir.

- Tacikistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Mən Azərbaycanın UNIDO və ECO ilə birgə yaratdığı Təmiz Enerji Mərkəzinin açılışında iştirak etmişəm. Bu təşəbbüs, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl dəhliz"in yaradılması ideyası bizim üçün vacibdir. Biz onu tam dəstəkləyirik və artıq hər iki ölkənin nazirləri səviyyəsində bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

Tacikistan unikal hidroenerji potensialına malikdir ki, bunun da hazırda yalnız 5 %-i istifadə olunur. Eyni zamanda, “yaşıl enerji”nin payı 95 %-dir. Əgər biz potensialımızdan tam istifadə edə bilsək, bu, Mərkəzi Asiyanın enerjiyə olan tələbatını dörd dəfə artıq ödəməyə kifayət edəcək.

Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması təşəbbüsləri bizim üçün yeni imkanlar açır. Biz “yaşıl enerji”mizi təkcə qonşu ölkələrə deyil, həm də Avropaya çatdıra biləcəyik. Əgər 20 il bundan əvvəl bu, texniki cəhətdən qeyri-mümkün görünürdüsə, bu gün texnologiyaların ucuzlaşması sayəsində sözügedən layihə tamamilə real olur.

Daha bir vacib əməkdaşlıq sahəsi faydalı qazıntıların istifadəsi ilə bağlıdır. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclasında ölkələrimiz bu istiqaməti əhatə edən məsələləri müzakirə ediblər. Biz mineral resursların hasilatını fəal şəkildə inkişaf etdirməyə yenicə başlayırıq, Azərbaycan isə bu sahədə zəngin təcrübəyə malikdir. Bu baxımdan biz gələcək qarşılıqlı fəaliyyət üçün böyük potensial görürük.

- COP29-dan gözlədiyiniz əsas nəticə nədir və tədbirin təşkili səviyyəsini necə qiymətləndirirsiniz?

- Biz - enerji və su ehtiyatları sahəsinin təmsilçiləri COP29-a bu mövzuların əhəmiyyətini vurğulamaq üçün gəlmişik. İqlim dəyişikliyinin təsiri xüsusilə su vasitəsilə hiss olunur və bu bütün sahələrə aiddir. Suyun unikallığı onun universallığındadır: o, hər yerdə lazımdır - hətta günəş panelləri belə sadə xidmət üçün su tələb edir. Biz bu resurs olmadan keçinə biləcək heç bir sahə görmürük.

COP29-da bizim əsas missiyamız müzakirələrin real fəaliyyətə çevrilməsinə nail olmaqdır. Biz təbii su anbarları olan buzlaqlara xüsusi diqqət yetiririk. Bizim təşəbbüsümüz sayəsində 2025-ci il BMT tərəfindən “Dağ Buzlaqları İli” elan edilib. Biz suyun həyat mənbəyi olduğunu və onu qorumağın vacibliyini çatdırmaq istəyirik.

Tədbirin təşkilinə gəlincə, təşkilatçılıq ən yüksək səviyyədədir. Hava limanı, şatllardan başlayaraq ümumi təmizliyə qədər hər şey düşünülmüşdü, baxmayaraq ki, bəzi günlərdə iştirakçıların sayı 70 minə çatırdı. Bu mənim qatıldığım dördüncü COP-dur və müqayisə edə biləcəyim nələrsə var. Təşkilatçılıq həqiqətən də dərin təsir bağışlayır.

Paylaş

Xəbər lenti

İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib Bu gün, 00:48 2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI Bu gün, 00:48 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Dünən, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Dünən, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Dünən, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Dünən, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Dünən, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Dünən, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Dünən, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Dünən, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Dünən, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Dünən, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Dünən, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Dünən, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Dünən, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Dünən, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Dünən, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Dünən, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Dünən, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Dünən, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Dünən, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Dünən, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Dünən, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Dünən, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Dünən, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Dünən, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Dünən, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Dünən, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Dünən, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Dünən, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Dünən, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Dünən, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Dünən, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Dünən, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Dünən, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR