25-11-2024, 15:03 523

Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxslərdən birinin vəkili iştirak etmədiyi üçün məhkəmə prosesini davam etdirmək mümkün deyil.

Bu səbəbdən proses dekabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Paylaş

Xəbər lenti

Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Bu gün, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Bu gün, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Bu gün, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48 Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub Dünən, 22:48 Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Dünən, 22:48 Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb Dünən, 22:48 Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur" Dünən, 22:48 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı Dünən, 20:48 İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb Dünən, 20:48 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR