
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızını avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.