18-12-2024, 23:21 664

Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib

Dekabrın 18-də İtaliyanın paytaxtı Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Toplantıda əvvəlcə beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, sonra videoçarx nümayiş etdirilib.

Toplantıda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin incəsənət və mədəniyyət xadimlərini Romada görməkdən məmnunluğunu ifadə edib. Səfir Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin fəaliyyətindən bəhs edib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında tədbirdə iştirak edən şəxslərin hər birinin mədəniyyətimizin müxtəlif sahələri üzrə xüsusi nailiyyətləri ilə seçilən, onun təbliğinə töhfə verən, harada yaşamasından asılı olmayaraq, Azərbaycan milli kimliyinin daşıyıcıları olan dəyərli həmvətənlərimiz olduğunu bildirib. Nazir qeyd edib ki, bu şəxslərin Azərbaycanın və zəngin mədəniyyətinin təbliğinə verdiyi töhfələr, Vətənə bağlılıqları təqdirəlayiqdir.

Görüşün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsinin xüsusi məna daşıdığını bildirən Adil Kərimli deyib ki, belə tədbirlər milli həmrəyliyimizi daha da gücləndirir, mədəniyyətimizin qlobal miqyasda tanıdılmasına yeni təkan verir və beynəlxalq ictimaiyyət qarşısında mədəni dəyərlərimizin təqdim olunmasında mühüm rol oynayır.

Nazir Azərbaycanın mədəni irsinin tarix boyu dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə qorunduğunu, zənginləşdirildiyini və gələcək nəsillərə çatdırıldığnı qeyd edib. Vurğulayıb ki, mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərən Ümummilli Lider Heydər Əliyev incəsənət xadimlərinin potensialının üzə çıxarılmasına, gənc istedadların dəstəklənməsinə, onların xaricdə təhsil alaraq peşəkar bacarıqlarının artırılmasına hər zaman böyük önəm verib. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, ölkəmizdə mədəni irsin qorunub yaşadılması və təbliği istiqamətində ardıcıl və səmərəli addımlar atılır. Azərbaycan mədəniyyətinin himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaradıcı insanlara, həmçinin incəsənət xadimlərinə göstərdiyi diqqət, milli mədəni dəyərlərimizin beynəlxalq aləmdə tanıdılmasına verdiyi dəyərli töhfələr mədəniyyət xəzinəmizin daha da zənginləşməsinə zəmin yaradır. Bu fəal dəstək nəticəsində Azərbaycan mədəniyyəti geniş coğrafiyalara yayılır, incəsənət nümayəndələrimiz dünyanın mötəbər səhnələrində mədəniyyətimizi layiqincə təbliğ edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətdən bəhs edib, xaricdə yaşayan soydaşlarımızın ölkəmizin mədəniyyətinin beynəlxalq aləmdə təbliğində mühüm rol oynadıqlarını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva toplantıda iştirak edən mədəniyyət elçilərinin Azərbaycanın zəngin mədəni irsinin təbliğində müstəsna xidmətlər göstərdiyini qeyd edib.

Sonra Azərbaycan mədəniyyəti və incəsənətinə dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, Çukurova Universitetinin professoru Cahangir Novruzov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Fransadakı “Toğrul Nərimanbəyov” Assosiasiyasının rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Əsmər Nərimanbəyova, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitsberq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb, dövlətimizin mədəniyyət və incəsənət nümayəndələrinə daimi qayğısından bəhs ediblər.

Paylaş

Xəbər lenti

Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb Bu gün, 00:48 Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb Bu gün, 00:48 Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Dünən, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Dünən, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Dünən, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Dünən, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Dünən, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Dünən, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Dünən, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Dünən, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Dünən, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Dünən, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Dünən, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Dünən, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Dünən, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Dünən, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Dünən, 16:48 MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər Dünən, 16:48 Nazir Roza Zərgərlini qəbul etdi Dünən, 16:48 İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Dünən, 16:48 NATO-dan nüvə təlimləri ilə bağlı qərar: 17 ölkə iştirak edəcək Dünən, 16:48 103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR Dünən, 16:48 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq Dünən, 16:48 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi Dünən, 16:48 Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb Dünən, 16:48 Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb Dünən, 16:48 Bakının bu küçəsi 3 gün TAM BAĞLI OLACAQ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR