23-12-2024, 11:51 401

Kanada bankının 151 müştərisinin kart hesabından pullar

Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"AVESTA.AZ" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxs kimi təqdim edərək dələduzluq törədiblər.

Onlar zərərçəkmişlərin vəzifələrinə təqaüd və sosial sığorta düzəltməkdə, işə qəbul etməkdə və ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşların pullarını alıblar.

Həmçini dəstənin daha bir üzvü, hazırda şəxsiyyəti istintaqla araşdırılan Türkiyə vətəndaşı ilə birlikdə elektron məlumatları daşıyıcılarından məlumatlar əldə etməklə vətəndaşların pullarını ələ keçiriblər.

Zərərçəkmiş şəxslərin arasında xarici ölkə vətəndaşlarının olduğu da müəyyənləşib.

C.Rüstəmzadə oğurluq ittihamı üzrə özünü təqsirsiz, dələduzluq ittihamı üzrə isə qismən təqsirli bilib.

M.Əsədov və N.Qulami isə özlərini təqsirli bilməyiblər.

Daha sonra Mehman Əsədov ifadə verib. O bildirib ki, Cavanşir Rüstəmzadə ilə əvvəllər tanışlığı olub: "Bitkoin alış-verişi etmək istəyib. Mənim də bu barədə məlumatım var idi. Mən Cavanşiri Türkiyə vətəndaşı Telli xanım ilə tanış etdim. Bundan sonra internet vasitəsilə iş gördülər. Mənə də 3 faiz pul verdilər. Kanadadan pulların gəlməsindən xəbərim olmayıb".

Təqsirləndirilən şəxs bildirib ki, heç kimə, o cümlədən Cavanşir Rüstəmzadəyə bank məlumatları barədə heç bir məlumat verməyib. Onun sözlərinə görə, bitkoinlə satış edilməsi üçün şəxs calaşdırdığına görə 5800 manat qonorar alıb: "Ümumilikdə 7 faiz gəlir var. Mənə də 3 faiz gəlir veriblər".

Digər təqsirləndirilən Cavanşir Rüstəmzadə bildirib ki, Sumqayıt şəhərində bir nəfər şəxs olub, həmin şəxs bitkoini nağdlaşdırmaq istəyib:
"Bir xanımla danışdım. O da bitkoin almağa razı oldu. Bundan sonra bir-bir banklarla danışdım ki, xaricdən gələn pulları hansı banklar qəbul edir. Mən də onlara izah etdim ki, satdığım məhsula görə xaricdən gələn pulları götürmək olub".

Cavanşir Rüstəmzadə qeyd edib ki, özünü Elm və Təhsil Nazirliyinin işçisi kimi təqdim etməyib. Onun sözlərinə görə, Vəfa xanımdan oğlunu işə düzəltmək üçün 15 min manat alıb, amma iş alınmadığı üçün pulu geri qaytarıb.

C.Rüstəmzadə deyib ki, Elmira və Səbuhi adlı şəxslərdən sosial sığorta ilə bağlı pullar alıb, amma pulu qaytarmayıb.

"Rabitəbank"ın nümayəndəsi bildirib ki, Kanada vətəndaşlarının pulları bank kartına gəlib və pullar ələ keçirilib. Onun sözlərinə görə, Kanadanın dörd bankının müştərilərinin kartlarının 16 rəqəmi əldə olunub.

"151 müştərinin kart hesabından pullar yerli banklara köçürülüb, həmin pullar çıxarılıb. Bununla da Cavanşir Rüstəmovun hesabına 68 min dollar, digər şəxsin hesabına isə 98 min dollar köçürülərək nağdlaşdırılıb. İşin üstü açılanda Kanada bankları bankımızdan pulları geri alıb. Bununla bağlı bankımıza 194 min manat ziyan dəyib", - bankın müdafiəçisi deyib.

Məhkəmənin növbəti iclası yanvarın 6-na təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar.

Paylaş

Xəbər lenti

Husilər Ər-Riyadın maliyyə mərkəzini HƏDƏF ALDI: Ən hündür göydələnə ziyan dəydi Bu gün, 11:48 Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub Bu gün, 11:48 Jurnalist müsabiqəsində bəyənmə, şərh və paylaşım sayı da nəzərə alınacaq Bu gün, 11:48 Əri öləndən sonra ağır sarsıntı keçirən qadın da dünyasını dəyişib Bu gün, 11:48 Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı Bu gün, 11:48 Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu Bu gün, 11:48 Murat Bozun bu jesti gündəm oldu Bu gün, 11:48 "Trendyol"da "Əfsanə günlər " başlayır Bu gün, 11:48 AKİA sədri Yalçın Camalov: Aqrar kredit kooperativləri və onların ittifaqı yaradılacaq Bu gün, 11:48 Gəncədə palata yoldaşını öldürən şəxs məcburi psixiatrik müalicəyə göndərildi Bu gün, 11:48 Baku TV İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 98 dolları ötüb Bu gün, 10:48 Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı Bu gün, 10:48 Sabiq nazirə vəzifə verildi Bu gün, 10:48 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günüdür Bu gün, 10:48 Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib Bu gün, 10:48 Litva XİN rəhbəri gələn həftə Azərbaycana səfər edəcək Bu gün, 10:48 Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 10:48 Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi Bu gün, 10:48 Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri təyin edildi Bu gün, 10:48 Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü Bu gün, 10:48 Sosial şəbəkə hesabları və veb-sayt göstəricilərinin süni artırıldığı aşkarlansa, media subyektinə yardım dayandırılacaq Bu gün, 10:48 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb Bu gün, 10:48 Bakıdan Balakənə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ! Bərpa olundu Bu gün, 10:48 Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib Bu gün, 09:48 Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib Bu gün, 09:48 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub Bu gün, 09:48 Misli Premyer Liqasında XII tura bu gün start veriləcək Bu gün, 09:48 Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günüdür Bu gün, 09:48 Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub Bu gün, 00:48 Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım Bu gün, 00:48 Qarakənd faciəsindən 35 il ötür Bu gün, 00:48 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb Dünən, 23:48 Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib Dünən, 23:48 Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar Dünən, 23:48 Zelenski: Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər Dünən, 23:48 XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk Dünən, 22:48 Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi Dünən, 22:48 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir Dünən, 22:48 Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı Dünən, 22:48 SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır Dünən, 22:48 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib Dünən, 21:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi Dünən, 21:48 Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR